KANAL24.AZ
Az Iw En Ru

Dövlət Bayrağı Meydanında Bayrağın qaldırılması prosesini hər kəs canlı izləyə biləcək

Oktyabrın 11-də Dövlət Bayrağı Meydanında Dövlət bayrağının qaldırılması prosesini hər kəs canlı izləyə biləcək.
Bu barədə Kanal24-ə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Dövlət Bayrağının 162 m hündürlüyə qaldırılması prosesini canlı izləmək istəyən hər bir şəxs, o cümlədən KİV nümayəndələri oktyabrın 11-i saat 10.30-da Dövlət Bayrağı Meydanına dəvət olunur.


22:30 06.10.2014
Xəbər lenti
Bütün xəbərlər