KANAL24.AZ
Az Iw En Ru

Dünya nəhəngi “Maersk” müflisləşir

Neft və dəniz daşımaları sahələrində dünyanın ən böyük şirkətlərindən biri olan Danimarkanın “Maersk” holdinqi 2015-ci ilin son üç aylıq dövründə 2,5 milyard dollar zərər etdiyini açıqlayıb.

 

Şirkət öz sərmayəçilərini builki xalis gəlirinin ucuzlaşan neft qiymətləri və azalan konteyner daşımaları ödənişləri ilə əlaqədar 2015-ci ildə 3,1 milyard dollardan az olacağı barədə xəbərdarlıq edib.

“Maersk”in baş direktoru Nils Smedeqard Andersen deyib: “Hazırda şirkətin ən böyük problemi neft qiymətinin ucuzlaşmasıdır”.

Qeyd edək ki, “Maersk” törəmə şirkəti olan “Maersk Line” ilə gəmiçilik üzrə dünyanın ən böyük holdinqi sayılır.


01:07 12.02.2016
Xəbər lenti
Bütün xəbərlər