KANAL24.AZ
Az Iw En Ru

Mərkəzi Elmi Kitabxana həm də "Alimlər evi" olacaq

Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası həm də "Alimlər evi" olacaq. Artıq bu barədə qərar qəbul edilib.

Bunu Akademiyanın prezidenti Akif Əlizadə "Sabahın alimləri" V Respublika müsabiqəsinin açılışında çıxış edərkən deyib.

A.Əlizadənin sözlərinə görə, bu gün təhsil sistemində elmə maraq oyatmaq olduqca böyük zəhmət tələb edir və bu işin görülməsi zəruridir: "Gələcəkdə bu məsələrin bir qədər də inkişaf etməsi üçün Təhsil Nazirliyi ilə AMEA arasında birgə görüşlər keçirilə bilər. Hazırda məktəblərdə də alimlər görüşlər keçirirlər. Bunlar öz-özlüyündə sabahın alimlərinin yetişməsinə kömək edir".

A.Əlizadə gənc alimlərin sağlam olmasını da vacib sayıb: "Akademiya olaraq, bu gün inkişaf edən gənclərimizi savadlı, həm də sağlam görmək istəyirik. Azərbaycan elminə gələcəkdə sağlam, intellektual gənclər lazımdır".


23:06 11.02.2016
Xəbər lenti
Bütün xəbərlər