KANAL24.AZ
Az Iw En Ru

UEFA-dan “Qalatasaray”a 1 illik cəza

UEFA “Qalatasaray”ı 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb. Bu barədə İstanbul klubunun prezidenti Dursun Özbək məlumat verib.

O bildirib ki, qitə futbol qurumu klubu 164 milyonluq zərərə görə bu cəzaya məhkum edib: “Bizim xərclədiyimiz pulların zərəri böyükdür. 164 milyon həqiqətən yüksək məbləğdir. UEFA bizə xəbərdarlıq etmişdi. Onlardan daha bir şans istədim. Amma vermədilər. Bu haqsız cəzadır. İndiyə qədər klubumuzu idarə edənlərin yol verdiyi səhvlərin cəzasını çəkirik. Klubumuzda heç nə yaxşılığa doğru getmir”.


00:18 11.02.2016
Xəbər lenti
Bütün xəbərlər