KANAL24.AZ
Az Iw En Ru

Yeni standart parnik qazları emissiyasını azaldacaq

Kanal24.az BMT Radiosuna istinadla xəbər verir ki, BMT-nin Baş katibi Pan Gi Mun Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) sərnişin təyyarələrinin buraxdığı karbon qazı tullantıları üzrə beynəlxalq standartı bəyənib. Bütün sərnişin təyyarələri istehsalçıları yeni standarta əməl etməlidirlər. Bu standart yeni modellərə 2020-ci ildən, “köhnə” modellərə 2023-cü ildən tətbiq ediləcək.

Ekspertlər yeni standarta uyğun gəlməyən təyyarələrin buraxılışını 2028-ci ilədək tamamilə dayandırmağı təklif edirlər. Xatırladaq ki, nəqliyyat sahəsində bütün parnik qazları tullantılarının 11 faizi mülki aviasiyanın payına düşür.


23:59 10.02.2016
Xəbər lenti
Bütün xəbərlər