KANAL24.AZ
Az Iw En Ru

Dünya Bankı Azərbaycanda yol tikintisinə 140 milyon dollar ayıracaq

Dünya Bankı (DB) Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi üçün 2016-cı il iyunun sonunadək Azərbaycana 140 milyon dollar həcmində əlavə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul edəcək.

Bunu Trend-ə bankın Bakı nümayəndəliyindən deyiblər.

Nümayəndəlikdən qeyd ediblər ki, Azərbaycan hökuməti Bakı-Şamaxı avtomobil yolunun 4 zolağadək genişləndirilməsi üçün DB-dən əlavə maliyyə almaq üçün rəsmi sorğu ilə müraciət edib.

Qərar cari maliyyə ilinin sonunadək (DB-nin maliyyə ili iyunun 30-da başa çatır - red.) qəbul ediləcək.


23:56 10.02.2016
Xəbər lenti
Bütün xəbərlər