KANAL24.AZ
Az Iw En Ru

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

Fevralın 8-də “ŞÜA” İdman-Sağlamlıq kompleksində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.

Federasiyadan Kanal24.az-a verilən məlumata görə, yarış beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir. Çempionatda şəhər və rayonların yığma komandaları iştirak edirlər.

Yarışa fevralın 12-də yekun vurulacaq. Qaliblərə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.


03:10 09.02.2016
Xəbər lenti
Bütün xəbərlər