KANAL24.AZ
Az Iw En Ru

“Acı Aşk”ın azərbaycanlı Sudesi

Aktrisa 1 iyun 1989-cu ildə İzmirdə doğulub.

 

“Show Tv” telekanalında yayımlanan “Acı Aşk” serialındakı Sude obrazı ilə tanınan aktrisa Selin Şekerci serialın ilk bölümündən izləycilər tərəfindən maraqla qarşılanıb.

Serialda tərs, günahsız olmayan bir qadını canlandıran Şekercinin atası ərəb, anası isə Azərbaycan əsillidir.

Aktrisa 1 iyun 1989-cu ildə İzmirdə doğulub. Təhsilini də elə İzmirdə başa vuran Şekerci İzmir Dövlət Teatrının tamaşalarında iştirak edib. Daha sonra İstanbula gəlib və seriallarda, reklamlarda çəkilməyə başlayıb.

“Panda”, “Tariş Zeytun yağı” və “Turkcell Selocan şanslı gün” reklamlarında rol alan aktrisa “Kavak yelleri” adlı serialın üç bölümündə Feyza obrazını və “Mələklər korusun”adlı serialda Özgür Çelikli adlı tələbə obrazını canlandırıb. “Ay büyürken uyuyamam” adlı filmdə də çəkilib.

Sonra “Kaçak gelinler” serialının baş rollarından biri - Şebnem Gürsoy obrazı ilə tamaşaçı qarşısına çıxıb. 

Ötən ildən isə “Acı Aşk” serialındakı Sude obrazı ilə daha da populyarlıq qazanıb./oxu.az/


19:12 08.02.2016
Xəbər lenti
Bütün xəbərlər