KANAL24.AZ
Az Iw En Ru

Bakı Dairəvi yolunda köməkçi yol bağlanıb

Alternativ yollardan istifadə edin

 

Bu gün aparılacaq təmir işləri ilə əlaqədar Bakı Dairəvi-1 avtomobil yolunun “Şamaxinka” deyilən əraziyə doğru olan istiqaməti üzrə köməkçi yolla nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Kanal24.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib ki, təmir işlərinin axşam saatlarına kimi aparılması nəzərdə tutulub.

Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

 


17:48 06.02.2016
Xəbər lenti
Bütün xəbərlər