KANAL24.AZ
Az Iw En Ru

Yeni “İpək Yolu” mart ayından tam gücü ilə işə salınacaq

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə qatar artıq 2016-cı ilin mart ayından etibarən daimi rejimdə hərəkət edəcək.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, Ukrayna infrastruktur naziri Andrey Pivovarski bu haqda fevralın 5-də ölkənin Ali Radasında hökumətə suallar saatı çərçivəsində məlumat verib.

A.Pivovarski deyib: “Təxminən fevralın 20-də Bakıda yekun protokolu imzalanacaq. Bu sənəd bütün texniki problemləri, bütün “zəif” yerləri tənzimləyəcək. Deyə bilərik ki, mart ayından etibarən qatar adi biznes-rejimdə fəaliyyət göstərəcək”.


00:21 06.02.2016
Xəbər lenti
Bütün xəbərlər