KANAL24.AZ
Az Iw En Ru

Qaçqınlar üçün smartfon proqram hazırlandı

Almaniyada qaçqınlara kömək edəcək smartfonlar üçün xüsusi proqram hazırlanıb.

 

Bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal Agentliyi məlumat yayıb.

"Ankommen-app" adlı proqram Almaniyada qaçqın statusu almaq üçün ərizənin tərtib edilməsi qaydaları, işə düzəlmə yolları, ölkədə həyatını necə qurmaq kimi məlumatları özündə əks etdirir. Həmçinin bu proqram vasitəsilə onlayn alman dili kurslarına yiyələnmək mümkündür.

Artıq təqribən 70 min dəfə yüklənən proqram ərəb, ingilis, fars, fransız və alman dillərində mövcuddur.


23:08 05.02.2016
Xəbər lenti
Bütün xəbərlər