KANAL24.AZ
Az Iw En Ru

Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib

Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Bunu Trend-ə nazirlikdən deyiblər.

Belə ki, Zeynalabdin Hüquq baş idarəsinin, Samirə Musayeva isə Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi təyin edilib. S.Musayeva bu vəzifədə Natiq Şirinovu əvəz edib.

Öz növbəsində, N.Şirinov yeni struktur olan Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi təyin edilib. Yeni struktur Beynəlxalq münasibətlər idarəsi və Maliyyə monitorinqi idarəsinin əsasında yaradılıb.

Həmçinin, vergilər nazirinin müşaviri İlqar Əhmədov Daxili təhlükəsizlik baş idarəsinin rəisi təyin edilib. Daha əvvəl bu vəzifəni Tariyel Quliyev tutub. T.Quliyev nazirin müşaviri təyin edilib.

Toğrul Quliyev Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisi təyin edilib.


18:37 05.02.2016
Xəbər lenti
Bütün xəbərlər