KANAL24.AZ
Az Iw En Ru

Zəlimxan Yaqub Tehranda anılacaq

İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə fevralın 14-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun anım tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Kanal24.az-a verilən məlumata görə, Tehranın "Əndiyşə" Mədəniyyət Sarayında keçiriləcək tədbirdə İranın 11 şəhərindən 130-a yaxın ustad aşığın iştirakı planlaşdırılır.

Tədbirdə İran mədəniyyət və islami irşad nazirinin müavini Əli Muradxani, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov və bir sıra dövlət və ictimai xadimlərin çıxışı nəzərdə tutulub.

Eyni zamanda tədbirdə Azərbaycan Aşıqlar Birliyi tərəfindən əməkdar mədəniyyət işçisi Rəhman Ələsgərovun rəhbərlik etdiyi “Rasim” folklor qrupunun və əməkdar mədəniyyət işçisi Sərdar Məmmədovun iştirakı nəzərdə tutulub.


02:44 05.02.2016
Xəbər lenti
Bütün xəbərlər