KANAL24.AZ
Az Iw En Ru

Ceyhandan 2,8 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

2016-cı ilin yanvar ayı ərzində 2 848 091 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Kanal24.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu həcmin 1 510 914 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan kəməri istismara verilən gündən 2016-cı il fevralın 1-dək Ceyhan limanından 294 041 863 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.


22:58 04.02.2016
Xəbər lenti
Bütün xəbərlər