KANAL24.AZ
Az Iw En Ru

IFC Azərbaycanda kiçik biznesin maliyyəyə çıxışını yaxşılaşdırır

Bakıda Azərbaycanın maliyyə infrastrukturunun təkmilləşdirilməsi və maliyyəyə çıxış imkanlarının yaxşılaşdırılması üçün məsləhət xidmətləri layihəsinin üçüncü mərhələsinin reallaşdırılmasına başlanmasına həsr edilmiş tədbir start götürüb.

 Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) reallaşdırdığı Mərkəzi Asiyanın maliyyə bazarlarının infrastruktur layihəsi İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdirilir.

Layihə növbəti 3 il ərzində kreditlərin qaytarılması ilə bağlı vəziyyəti yaxşılaşdırmağa, bank sektorunun kredit portfelini artırmağa və özəl kredit bürosunun yaradılmasına kömək edəcək.

IFC-nin Bakı ofisinin rəhbəri Aliyə Əzimova bildirib ki, layihənin ilk mərhələlərində hazırlıq işləri görülüb, üçüncü mərhələdə isə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi və işə başlamaq planlaşdırılır: "Biz məlumat mübadiləsinin səmərəli sistemini yaratmaq və daşınan əmlakdan istifadə imkanlarını genişləndirməklə özəl sektorun inkişafı üçün yenu imkanlar yaradırıq".


23:03 04.02.2016
Xəbər lenti
Bütün xəbərlər