KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı müğənni "Pasport" filminə çəkilir

film komediya janrındadır

Cavan Zeynallı şair-dramaturq Ramiz Abdullayevin eyniadli pyesi əsasında Nail Naiboğlunun lentə aldığı "Pasport" filminə çəkilir.

 

C.Zeynallı filmə biznesmen obrazını canlandıracaq. C.Zeynallı film haqqında bunları deyib: "Mən SSRİ zamanında bir çox filmlərə çəkilmişəm. MÜstəqil Azərbaycanda ilk dəfədir ki, çəkilirəm. Mənim iki sənətim var - piano ifaçısı və müğənni. Aktyorluğa o qədər də marağım yox idi. Ona göre dö çəkilmirdim. Amma Nail Naiboğlu məni inandıra bildi. Əslində, xoşuma gəldi. Dəvət etsələr, yenə çəkilərəm".

 

Filmdə rollardan birini əməkdar artist Naibə Allahverdiyeva ifa edəcək. Çəkilişlər Qobu kəndində aparılır. Film martda təqdim olunacaq.

İnformasiya dəstəyi - Trend, Day.Az və Milli.Az-dır.


22:30 04.02.2016