KANAL24.AZ
Az Iw En Ru

“Azəryolservis” ASC-nin sədri vətəndaşları qəbul edib

Kanal24.az xəbər verir ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov tərəfindən vətəndaşların qəbulu keçirilib.

Qəbulda “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri, aparat rəhbəri, müvafiq idarə və şöbə rəisləri iştirak ediblər. 50-dən artıq vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənilib.

 “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar cəmiyyətin aidiyyatı struktur rəhbərlərinə göstərişlər verdi. Vətəndaşların müraciətlərinin bir qismi elə yerindəcə öz həllini tapdı, digər məsələlər isə araşdırılması üçün qeydiyyata alındı.

Qeyd edək ki, “Azəryolservis” ASC-də Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında qanuna uyğun olaraq, vətəndaşların qəbul günlərinin cədvəli təsdiq olunub. Həmin cədvələ əsasəncəmiyyətin sədri Saleh Məmmədov tərəfindən hər ayın son 5-ci günü vətəndaşların qəbulu keçirilir.

 

 


01:09 30.01.2016
Xəbər lenti
Bütün xəbərlər