KANAL24.AZ
Az Iw En Ru

Pambıq istehsalçıları güzəştlər əldə edəcək

Azərbaycan hökuməti güzəştli kreditləşdirmə və alış qiymətlərinin formalaşmasında iştirak yolu ilə pambıq istehsalçılarını dəstəkləyəcək.

 

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Kənd təsərrüfatının perspektivli sahələrinin inkişafı üzrə Azərbaycan-Türkiyə təcrübəsi" konfransında deyib.

Onun sözlərinə görə, istehsalçılardan pambıq alan şirkətlər alış qiymətlərinin formalaşmasında dünya pambıq qiymətlərini və ölkədəki devalvasiyanı nəzərə almalıdır: "Hökumət pambıqçılıqla məşğul olan sahibkarların güzəştli kreditləşməsini artırmağı da planlaşdırır".


19:00 29.01.2016
Xəbər lenti
Bütün xəbərlər