KANAL24.AZ
Az Iw En Ru

OPEC ittifaqın yaradılmasını təklif edir

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Rusiya və digər xam neft hasilatçısı ölkələrlə birgə ittifaqın yaradılmasını təklif edir.

 

 “Reuters.com” xəbər verir ki, OPEC-in baş katibi Abdullah əl-Bədri Rusiyanın neft hasilatını azaltmasının vacibliyini qeyd edib: “Rusiya və digər xam neft istehsalçısı ölkələrlə birgə ittifaq yaradıla bilər. Bu ittifaq həm neft hasilatını azaltmağa, həm də qiymətlərin ucuzlaşmasının qarşısını almağa kömək edəcək”.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə müsahibəsində neftin qiymətinin ucuzlaşması fonunda digər hasilatçı ölkələrlə birgə addımların atılması üçün hələ tez olduğunu açıqlayıb: “Rusiya bəzi ölkələrlə neft bazarındakı vəziyyətlə əlaqədar davamlı danışıqlar aparır. Lakin hazırda praktik olaraq hər hansı birgə addımın atılması nəzərdə tutulmur”.


19:50 28.01.2016
Xəbər lenti
Bütün xəbərlər