KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan universal ödəniş sistemini işə salır

Gələn ay Azərbaycanda yeni "AzerPay" universal ödəniş sisteminin işə salınacağı gözlənilir. Bu barədə "AzerPay" şirkətindən bildiriblər.

Sistemin üstünlüyü təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi, POS-terminallar vasitəsilə əməliyyatların aparılması və digər imkanlar olacaq.

"AzerPay" hesabını "Azərpoçt" MMC-nin poçt şöbələrində, eləcə də bank kartları və nağd vəsait qəbul edən terminallar vasitəsilə doldurmaq mümkün olacaq.

AzerPay-də təhlükəsizliyin təmin edilməsi üçün bir neçə səviyyəli mühafizə sistemindən (abonent kodu, mobil telefonun nömrəsi, PIN-kod, məlumat mübadiləsinin kombinasiya edilmiş vasitələri) istifadə ediləcək.

Bundan başqa, "AzerPay" istifadəçiləri azerpay.az saytı vasitəsilə ödəniş sisteminə çıxış əldə edəcəklər.


06:03 28.01.2016
Xəbər lenti
Bütün xəbərlər