KANAL24.AZ
Az Iw En Ru

SOCAR 403 milyon dollar məbləğində avrobondları geri alıb

SOCAR 500 milyon dollarlıq emissiyadan 403 milyon dollar məbləğində avrobondları 2017-ci ildə ödəmə müddəti ilə geri alıb. Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.

İstiqrazların alınması üzrə təkliflərin qəbulu ötən gün Bakı vaxtı ilə saat 21:00-də başa çatıb.

Təkliflər üzrə hesablaşmaların gözlənilən müddəti 29 yanvar 2016-cı ildir. Sövdələşmənin meneceri "Deutsche Bank" seçilib.

Qeyd edək ki, SOCAR-ın 500 milyon dollar dəyərində avrobondlarının debüt buraxılışı 2012-ci ildə həyata keçirilib. İkinci yerləşdirmə isə 2013-cü ilin martında baş tutmuşdu.


22:52 27.01.2016
Xəbər lenti
Bütün xəbərlər