KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda əlilliyə qarşı münasibət dəyişilməlidir-Nazirdən açıqlama

Azərbaycanda əlilliyə qarşı münasibəti kökündən dəyişmək lazımdır.

 

Kanal24.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkənin statistika sisteminin təkmilləşdirilməsi üzrə Aİ-nin tvininq layihəsinin reallaşdırılmasına həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, nazirlik yaxın vaxtlarda əlilliklə bağlı qanun layihəsini baxılması üçün Milli Məclisə təqdim edəcək: "Əlillərə təkcə sağlamlıq imkanları məhdud insanlar kimi baxmalı deyilik. Onların sosial baxımdan cəmiyyətə inteqrasiya oluna bilib-bilmədiklərini nəzərə almaq lazımdır".

S.Müslümov təəssüflə bildirib ki, Azərbaycanda əlillik üzrə statistika sovet metoduna əsaslanır: "Aİ-də isə statistika 4 əsas element əsasında formalaşır: sosial funksiyalar, sağlamlıq vəziyyəti, sosial müdafiə və ətraf mühit".


20:34 27.01.2016
Xəbər lenti
Bütün xəbərlər