KANAL24.AZ
Az Iw En Ru

Fövqəladə hallar naziri Naftalan şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən yanvarın 29-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində saat 11.00-da vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Kanal24.az-a bildiriblər ki, qəbulda yalnız Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində yanvarın 28-də saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


18:15 27.01.2016
Xəbər lenti
Bütün xəbərlər