KANAL24.AZ
Az Iw En Ru

“Multikulturalizm ili” çərçivəsində həyata keçiriləcək tədbirlərlə bağlı təkliflər hazırlanır

“Multikulturalizm ili” çərçivəsində həyata keçiriləcək tədbirlərlə bağlı təkliflər hazırlanır.

Kanal24.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika və informasiya şöbəsinin müdiri Nəriman Qasımoğlu deyib. O bildirib ki, hazırda təkliflərlə bağlı müzakirələr aparılır. Müzakirələr başa çatdıqdan və təkliflər tam hazır olduqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək.

N.Qasımoğlu xatırladıb ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən “Multikulturalizm ili” ilə bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Milli Elmlər Akademiyasına tədbirlər planının hazırlanması tapşırılıb. “Biz hazırda işimizi bu istiqamətdə qurmuşuq. Təkliflər təsdiqlənəndən sonra tədbirlərin nələrdən ibarət olacağı açıqlanacaq”, - deyə şöbə müdiri bildirib.


19:07 26.01.2016
Xəbər lenti
Bütün xəbərlər