KANAL24.AZ
Az Iw En Ru

"KƏSİLƏN BAŞLAR: YA ALLAH YOLUNDA, YA BƏNDƏ NAMİNƏ"- Zahid Oruc

Kanal24.az xəbər verir ki, Milli Məclisin deputatı Zahid Oruc facebook sosial şəbəkəsində yazdığı "KƏSİLƏN BAŞLAR:YA ALLAH YOLUNDA, YA BƏNDƏ NAMİNƏ" adlı məqalə paylaşıb. Həmin məqaləni olduğu kimi dərc edirik:

 

Müsəlman ölkələri terrorra qarşı mübarizədə nədən birləşmirlər?İslama etiqad edən hər kəsin İrakdakı və Suriyadakı vəhşət fonunda keçirdiyi hislər yəqin ki,belədir.Onsuz da bəllidir ki,bu dövlətlərin arasında əsrlər boyu elə böyük ədavətin əsası qoyulub ki,hazırki siyasi hakimiyyətlər onu dəf edib bir araya bilməzlər. Lakin “İslam dövləti” qurmaq adı ilə bəşəri cinayətlər törədən və bütün müqəddəslikləri tapdalayan cihadçıların ilk növbədə, Allaha və onun peyğəmbərinə qarşı olduğunu nəzərə alıb,heç olmasa,siyasi-mənəvi mübarizəni ki,təşkil etmək mümkün idi.

Günlər öncə BBC kanalında Britaniyada yaşayan bir qrup gəncin İŞİD-la informativ savaşına dair video-çarxı yayımlanırdı. Onlar bütün dindaşlarına çağırış edərək ”Not in my name” deyə,hayqırır,pisliklərin mücəssiməsi olan bir terror təşkilatından adlarını, inanclarını ayırırdılar.Aksiyanı başlayan Hənif Kadir adi və imkansız sayılan bir humanitar təşkilata rəhbərlik edir. O,dövlət başçısı deyil.Heç üləma,alim,imam və hacı statusunu da daşımır. Yaxud,Səudiyyə Ərbistanın kralı bin Abdullah kimi 70 milyard dollarlıq varidata sahiblik də etmir. Lakin bütün bunlara baxmayaraq,minlərlə gənci hərəkətə gətirən səbəb birdir:qara bayrağı Tanrı adından qaldırıb baş kəsən,Allahu-əkbər sədaları altında minlərlə kişiyə,qadına,körpəyə rəhm tanımayanları lənətlənəmək,onları pisləmək və dindən xaric əməl sahibləri kimi mühakimə etməkdir.”Sizin başçılarınız yalançı,məramınız saxta.əməlləriniz küfr,xarakteriniz dözümsüz,mübarizəniz qəlbləri və ağılları paraçalayandır” söyləyən bu müqavimət hərəkatının üzvləri lidersiz,pərdəarxası oyunlarsız 21-ci əsrin vəbasına qarşı etiraz səslərini ucaldırlar. Ancaq Qərbi hər gün söyən,onları əsrlərin xaçpərəst yürüşlərini aparmaqda ittiham edən varlı ərəb şeyxləri. sultanları,yaxud əmirləri nədən İŞİD –i daş-qalaq etmir, nəinki iki dövlətin,eləcə də bütün dünyanın bətnində yaraya çevrilən virusun ölümünə çalışmırlar. Məgər müsəlman ölkələrinin heç bir siyasi avtoriteti yoxdur?

“Dünya 5-dən böyükdür”- bəyanatını BMT-nin tribunasından Təlükəsizlik Şurasının əsas üzvlərinin üzünə çırpan sayın Ərdoğan belə liderlərdən biri ola bilməzdimi? Doğrudan da xarizmasına görə çoxlu ölkə başçılarını nüfuz və təsir yarışında qabaqlayan Türkiyə prezidenti İslam Konfransı Təşkilatını bu ada bir araya gətirə bilməzdimi? Axı tarix onun üzərinə dünyəvi bir missiya qoyur. Xalqa son müraciətində bu vəzifə yüksək tonla səsləndiridiyi şüarların içərisindən zəif də olsa, eşidilir və Türkiyəni öz coğrafiyasından daha böyük məkanların ümid yeri adlandıran seçilmiş prezident sanki qardaş ölkəni əhatə edən böhranlara, insanlıq dramlarına seyrçi qalmayacağna dair mesajlar verir. Güman etmək olur ki, bu təkcə sərhədlərinə gəlib çatan terror təhlükəsinə,yaxud 1.5 milyon köçkünün humanitar fəlakətinə görə deyil, əksinə türk dövlət başçısı bundan daha çox hər cümə namazında ibadət etdiyi və yüksək minarələrdən səslənən azanı səsinə qarışan ölüm qatarının sürətindən dərin narahatlıq keçirir.

Bəli, Ərdoğan güclü bir şəxsiyyətdir. O, ötən 12 il ərzində Çörçilin Stalini xarakterizə edərkən dediyi “xışla qəbul edib, atom silahı ilə ölkəsini təhvil verdi” kəlamına bərabər bir səviyyədə böyük miqyaslı işlərin müəllifidir.Yeni Türkiyənin quruculuğu onun şəksiz və şəriksiz adı ilə bağlıdır. 240 milyard dollarlıq büdcəni 850 milyardlıq bir hala gətirən, 1.500 km-lik yol çəkilişini 17.000 km-lik bir zirvəyə qaldıran, sürət qatarı ilə qitələr birləşdirən, boğazlar altından Mərmərəni çəkən, Osmanlıya aid mədəni abidələrlə türk izini və varlığını dünyanın müxtəlif ölkələrində təzədən bərpa edən,müxtəlif açılım proqramları ilə daxili müharibələrin həllinə çalışan və nəhayət, bütün rəqiblərini tarixdə heç kimə müyəssər olmayacaq dərəcədə məğlub edən kişinin həqiqi statusu keçmiş imperatorlarla bir ölçüdədir. Lakin kim deyə bilər ki, hər gün ekranlardan evlərə yağan qan seli dayandırılmadan bir kimsə dünyəvi adlara, ödüllərə iddia edə bilər?!

İŞİD militanları qəbristanlıqların ziyarətini qadağan etdi.Bayram günlərində atəşkəs rejiminə dair əldə olunan razılaşma pozuldu. Bunlar gündəmi tutan informasiya manşetlərindən bir kiçik parçalardı. Daha sonra “boğazlarda qan gölü” xəbəri qaçan titrlərlə elə bir atmosfer yaradır ki,adam fərqinə vara bilmir-İstanbul terror qruplarının əlinə keçib? Sonra dəqiqləşir ki. sən demə hər il olduğu kimi kəsilən qurbanlıq heyvanların qanı kanalizasiya ilə dənizə axıdılarkən belə mənzərə yaranırmış. Lakin kadrların izi getmir, təsəvvürlər qarışır və sanki qallüsinasiya olunaraq hər kəsin düşünclərində sərhədlər itirir-harada nəyn başsız edildiyini kəsdirə bilmirsən!Nə fərqi var-Abdullah İbrahim adlı birisinin adını dəyişib qurmaq istədiyi Xilafətə görə insanlıq qurbanları, yoxsa min bir dualar içində kəsilən heyvanların başı.

O ibrahim adından və varlığından inandığı tək Tanrısına görə keçmədi.Bu İbrahim özünü xəlifə elan edib adını Əbubəkr əl Bağdadi qoyub. Gördüyünüz kimi, peyğəmbərdən sonrakı hakimiyyətin mirasına sahib olmaq üçün 7-ci əsrin rəhbərləinin adını mənimsəməkdən belə çəkinmir, özlərini Allahın yerdə elçisi kimi aparmaqdan qorxmurlar.

O İbrahim başqa inanc sahubləriə qarşı cihad etmirdi. Bu İbrahim müsəlmanlardan başqa hamını Şeytan elan edib və bütün canlıların qənimi kəsilib.

O İbrahim oğlunu belə əqidəsi yolunda Allahına qurban etməkdə tərəddüd keçirmədi. Bu İbrahimsə, Uca Yaradanın qıymadığı və yer üzümn əşərfi olan insanı hətta öz yolunda edam olunmağına qarşı çıxdığını unudaraq hər gün cəlladlıq edir, qədim dövrün ən ağlasığmaz barbar üsullarını yeni əsrə daşımala yaxçş nə varsa, hamısını məhv edir.

İbrahim gerçək peyğəmbər idi və bəşəriyyətə böyük bir miras qoyub gedib.Bu İbrahimsə,hər gün tonlarla bombanın içindən yenidən zülmət saçır,cücərib çıxır və milyonlarla insanın həyatına gələcək təhlükənin simvoluna çevrilir. Kim zəmanət verə bilər ki,yeni xəlifənin və onun 20-30 minlik beynəlmiləl muzdlu ordusunun hər bir sıra nəfəri qılncdan keçirələndən sonra bu dünyəvi bəla beyinlərdən tamam silinib gedəcək və bir daha geri qayıtmayacaq.Təbiət sübut edir ki,kəsilən budaqlar bəzən terror və cihadçılıq ağacının daha sürətlə boy verməsinə vəsilə olur.

Bəs həqiqi İbrahimi indiki saxtakar və qaniçən İbrahimin əlindən kim alacaq?Yəqin,dərhal antiamerkanlar bir səslə bağıracaqlar ki,Qərb yüz illərdir ki,bu müharibəni özü təşkil edib ki,müsəlmanların təbii sərvətlərinə sahiblik etsin,dünya ağalığını həyata keçirsin.Məgər,bütün ilsamçı yaraqlıların ekstremizmə,fundamentalizmə,terror ideologiyasına tapınmağnın yeganə səbəbkarı Qərbdir?Elədirsə,bu on illər ərzində nədən çəkindirmə və balans naminə xristian terror qruplarını himayə edib Şərə qarşı Şəin gücündən istifadə olunmurdu?Yoxsa, bu dövlətlərin rəhbərləri də Qərblə həmişə sövələşmədə olublar?Elə isə gəlin bir az keçmişə qayıdaq.

1979-cu ildə Karterin təhlükəsilik müşaviri Bzejinski yeni doktrina irəli sürür və siyasi islamdan Sovetlər Bilriyiə qarşı istifaədənin gərəkliyinə dövlətinin eltasını inandıra bilir.Dönüş nöqtəsi də elə bundan başlanır və imperiyanın çöküşü üçün əsas silah tapılır.

O zamanlar Əfqanıstanda kommunist rejimini təmsil edən Məhəmməd Tərakiyə qarşı milyarder və antisovet hərəkatının lideri Üsəma-bin Ladeni qoyurlar.İnqilab görünməmiş bir şəkildə vüsət alır və terrorçuların hakimiyyətə gəlişi təhlükəsindən xilas olmaq üçün SSRİ qoşunlarını oraya yeritməli olur.

Misirdə Kaml Abdul Nəsirə qarşı “Müsəlman qardaşları”nı silahlandırılar.

İranda Ruhulla Xomeyninin “islam inqilabına” yardım göstərilir.Lakin bu dəfə ssenariyə qarşı olaraq yeni İran rəhbəri imperalizmin əleyhinə çıxır,Qərbin əbədi başağrrısına çevrilir.

Amerika Səud hökuməti ilə alyansda on illər ərzində müxətilif dini cərəyanların maliyyə-təşkilati və hərbi təminatını ödəmək qəararına gəlir.Çünki Karterin dediyi kimi Körfəzdə neft uğrunda savaş aparan hər bir dövlət ABŞın təhükəsilik maraqlarına toxunmuş olur.

Sonrakı tarix sizə bəllidir.Sovet rejiminin çöküşü,Taliban liderinin 11 sentyabr cinayətləri və onun 2011-ci ildə məhv edilməsi,”ərəb baharı” fonunda Yaxın Şərq regionunu bürüyən qeyri-sabiltik,Bəşərə qarşı çıxan bütün cihadçı hərəkatların silahlandırılması,ən nəhayət,Səddamın rihundan pərvəriş taparaq xaos və anarxiya içərisində təcəlla edən İŞİD.

Tutaq ki,Ceyms Foulinin və Sotloffun başı kəsilmirdi,onda müsəlman ölkələri kimin araxasınca gedəcəkdilər? Barak Obama siyasi bəyanatlar verərkən,yaxud BMT məlum 2170 saylı qətnəmasini çıxararkən islami birliklər, yaxud dövlətlər nəyi gözləyirdlilər ki, İŞİD əleyhinə vahid bir ittifaqa girsinlər?Hər gün onların dilindən dünyanı yenidən bölüşdürmək istəyən qüvvələrin məkrli planları və qəsd niyyətləri əleyhinə zəhlətökən bəyanatları səslənir.

Amerika Fransada 50 ölkənin koalisiyasını təşkil edib dərhal da İŞİD in başına tonlarla bomba tökür.Bəs müsəlman ölkələri nə edir? Yəqin Liviydakı hadisələri xatırlayırsız..Səudlar görəndə ki, Tripolidəki vəhşət onların təhükəsizliyinə zərbədir,yalnz onda rəsmi Qahirə ilə birləşərək terrorçulara qarşı hərbi əməliyyata qoşuldular. İlk dəfəydi ki, iki sünnü ölkəsi üçüncü bir dövlətin içində çiyin-çiyinə hərəkət edirdlilər.

İndi təsəvvür edin ki,sayın Ərdoğan bütün İslam ölkələrinin terrora qarşı vahid Alyansinı yaratmaq çağırışı ilə çıxış edir,onda nələrin baş verəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyil.

İranın Xarici İşlər naziri Cavad Zərif ölkəsinin Qərb hərbi-siyasi komandasından kənarda qalmasını və məlum birliyi “nədəmət koalsiya” kimi qiymətlndirib, təşkilati-maliyyə və silah cəhətindən təchiz etdikləri ekstremizmin indi özlərinə qarşı çevrilidiyini ittiham aktına çevirərək, Suriyada İnqilab keşikçilərinin 3000-lik qüvvəsi ilə Bəşər hökumətinin qorunması missiyasını yerinə yetirərək işini bitmiş sayır.Bu azmış kimi Türkiyənin məlum əskəri müdaxilə qanunu hələ Böyük Millət Məclisindən keçməmiş İran tərəfəindən xəbərdarlıq edilib ki, Suriyadakı hakimiyyyət dəyişikliyini planlşadıran qüvvələrln avantürasına türklər yardımçı olsalar, bu onlara baha başa gələcək.

Görünür, söhbət ondan gedir ki, rəsmi Tehran Əsədin hakimiyyətdən getməsini bütün terrorçu ünsürlərin Yaxın Şərqi ələ keçirməsi, Şimali Kürdüstanın dövlətə çevrilməsinin qarşısını almağın qeyri-mümkünlüyü kimi hər kəsə xəbərdarlıq edir. Əslində tam doğru anonslardır.

Səudiyyə Ərəbistan hakimiyyəti Suriyada döyüşənləri sərt cəzalandırsa da İŞİD qüvvələrinə qarşı hərbi əməliyyatlara yalnız havadan dəstək verir.Kral ailəsinin nəyin hesabını apardığını təyin etmək çətin deyil. İraqa girmiş Səud qüvvələri avtomatik olaraq hər bir müsəlmanın gözündə Amerika həyat tərzi, iqtisadi modeli və siyasi layihəsində yer alması kimi qəbul edərək onların hakimiyyətinə qarşı real terror təhüləsinə çevrilə bilərlər.

Üstəlik, İŞİD şiə İranına kin bəsləyən səudlarla arada bir sünnü dövlətidir.

Əsəd üçün “düşmənimin düşməni elə düşmən olaraq qalır”. Çünki mötədillər də,ekstremistlər də birlşib Suriyanın 30 faizini ələ keçiriblər və kim onlardan torpaqarı azad etmək istəsə,onunla müttəfiq olmaq mümkündür. Di gəl ki, Qərb onu legitim rəhbər kimi tanımır.

Beləliklə, məlum olur ki, Ərdoğan nə İordaniya liderini,nə Pakistan prezidentini, nə İran rəhbərini,o cümlədən, Səudiyyə kralını İŞİD-a qarşı müharibəyə cəlb edə bilməz. Elə isə qoy onlar deyinməyi ,gizli lojaların və dünyanı bir mərkəzdən idarə edən imperializmin barəsində danışdıqları səfsəfəni bir kənara qoyub da Qərbin arxasınca getməkdə davam etsinlər. Zənn edirəm ki, Amerikanı İrakın işğalında günahlandıranlara bu ən yaxşı cavabdır.

Bu il Qurban Bayramının sevgisi,kütləvi birlik duyğuları ilə Məkkənin ziyarəti üst-üstə düşür.3 milyon insan Uca Yaradanı qarşısında öhdəliklərini yerinə yetirərək paklaşır,dua-namazları ilə müsəlman aləminə hüzur və əminamanlıq arzulayırlar.Lakin onların hamısının islam ümməti kimi əzəli bir borcları da var.Gərək onu unutmasınlar.

Qədimdə bir ərəb misalında deyilirmiş ki,düşmənin qanını tayfalar arasında bölmək lazımdır ki,məsuliyyətə də,mükafata da şərik olsunlar.

Əziz müsəlmanlar, Həcdə Allah evinin başına dolanarkən hansı ölkədən və məzhəbdən gəldiyinizi bir kənara qoyub şərti düşmənə qarşı birləşirsiz. 3 milyon hacının əlinə götürdükləri 70 daş 21 milyonluq bir zərbəyə çevrilib dünyadakı terrorun, fanatizmin, cəhalətin,xəlifəlik və Allahlıq iddialarının başına ensə, heç kəs insanı ayağı altına yıxıb başını kəsməyə cəsarət etməyəcək.Belədə Allah yolunda verilən qurbanlarla, bəndə naminə kəsilən başlar bir-birindən ayrılacaq, ziyarətiniz qəbul, əməlləriniz daha da müstəcəb olacaq!

O daşlar hər cür Panaqavk raketindən güclüdür!

Şərti olaraq lənətlədiyiniz İblisdənsə, həqiqi Şeytanları daşlamaq yaxşı olmazdımı?!


09:28 06.10.2014
Xəbər lenti
Bütün xəbərlər