KANAL24.AZ
Az Iw En Ru

“Xəzər Lənkəran” Bakıya gəlir

Topaz Premyer Liqasının 2-ci yarısına hazırlaşan “Xəzər Lənkəran” çalışmalarını davam etdirir. Cənublular qış fasiləsi müddətində sabah ilk yoxlama matçına çıxa bilər.

Belə ki, cənubluların 1-ci divizon təmsilçisi “Şərurspor”la qarşılaşmaq ehtimalı var. Əgər “ağ-yaşıllar” bu gün bəzi detallara aydınlıq gətirə bilsə, sözügedən matç üçün Bakıya yola düşəcək. Oyunun keçirilmə yeri kimi “Neftçi”nin keçmiş bazası nəzərdə tutulub. Qarşılaşma saat 14:00-a planlaşdırılır.

Qeyd edək ki, “Xəzər Lənkəran” fasilədən sonra ilk rəsmi matçını yanvarın 31-də evdə "Rəvan"a qarşı keçirəcək.


19:59 25.01.2016
Xəbər lenti
Bütün xəbərlər