KANAL24.AZ
Az Iw En Ru

“Qəbələ” futbol klubu “Antalyaspor”u məğlub edib

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubunun əvəzedici komandası ikinci yoxlama oyununu keçirib.

 

Hazırlıq planında dəyişiklik edilən “qırmızı-qaralar” yerli “Antalyaspor”un əvəzedici heyəti ilə üz-üzə gəlib.

İlk dəqiqələrdən üstünlüyü ələ alan “Qəbələ” oyunun fasiləsinədək rəqib qapısından iki qol keçirib. “Qəbələ”nin heyətində Ramil Həsənov və Emin Zamanov fərqləniblər. Fasilədən sonra isə Rövlan Muradov antalyalıların qapısına yol tapıb. Türkiyə təmsilçisi bu üç qoldan yalnız birinin əvəzini çıxa bilib.

Beləliklə, ilk oyununda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun gənclərdən ibarət komandasına 0:1 hesabı ilə uduzan əvəzedicilərimiz hazırlıqları 3:1 hesablı qələbə ilə tamamlayıb. Bu matçla yoxlama oyunlarını başa vuran komandamız yanvarın 23-də Vətənə dönəcək.


02:10 23.01.2016
Xəbər lenti
Bütün xəbərlər