KANAL24.AZ
Az Iw En Ru

“Brent” neftinin qiyməti 31 dolları ötüb

Avropa Mərkəzi Bankının (ECB) yeni pul şaxələndirmə siyasəti və Yaponiya Mərkəzi Bankının (BOJ) daha da genişlənəcəyi barədə açıqlaması neftin qiymətinin 31 dollaradək bahalaşmasına səbəb olub.

 

Hazırda Londonun İCE birjasında “Brent” markalı neftin barrelinin qiyməti 31,11 dollara satılır. “Layt” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 31,13 dollara alıcı axtarır.

Analitiklər neft bazarındakı təklif çoxluğu ilə bağlı narahatlıqların olduğu bir dövrdə ECB və BOJ-un bu qərarlarının neftin qiymətinin bahalaşmasını dəstəklədiyini bildirirlər. Onların fikrincə, “Layt” markalı neft hətta 33,2 dollaradək bahalaşacaq.


23:33 22.01.2016