KANAL24.AZ
Az Iw En Ru

Aqil Abbas sosial müavinətlərin ləğv edilməsini istəyir

Hamı sosial müavinət istəyir, amma mənim fikrimcə, sosial müavinət ümumiyyətlə, ləğv olunmalıdır.

Kanal24.az xəbər verir ki, bunu "Yeni Müsavat"a müsahibəsində millət vəkili Aqil Abbas dilə gətirib.

O, deyib ki, uşaqpulu verilməlidir, özü də normal məbləğ: 

"20 manat uşaqpulu olmaz ki. Heç olmasa uşağın bir aylıq yemək pulunu verməlisən. Dediyim kimi, hamı müavinət istəyir. Qanun da elə qəbul olunub ki, birinin həyətində bir inək varsa, ailə müavinət ala bilməz. Niyə? 

Deyək ki, ailədə 10 nəfərik, bir inəyimiz var, bu inəyi 10 uşaq birdən əmə bilməz axı. Səlim müəllim bu quruma rəhbər gələndən sonra tam şəffaflıq yaradılıb. 

Qabaq illik müavinəti bölürdülər ki, 6 ayı sənindir, 6 ayı da mənim. Hətta yardım düşməyənlər də alırdı. İndi elektron qaydada həll olunur". 

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çox böyük islahat gedib:

"Səlim müəllim də bu işi çox gözəl bilən adamdır, çox istərdim ki, ünvanlı sosial yardımı ləğv etsinlər. Ya da müavinət kəsirlərsə...

Tutaq ki, bir ailədə 70-ci illərin “Moskviç”i var, onu kənarda saxlamasınlar, minimum yaşayış həddi hesablansın və həmin ailələrə yardım verilsin. 

Ya bu qayda ilə versinlər, ya da bunu ümumiyyətlə ləğv etsinlər. Etiraz aksiyalarında da ən çox bundan söhbət gedirdi ki, “mən müavinət ala bilmirəm”. 


20:17 21.01.2016
Xəbər lenti
Bütün xəbərlər