KANAL24.AZ
Az Iw En Ru

“Zirə“ 20 Yanvar şəhidlərini andı

“Zirə” Türkiyənin Antaliya şəhərində təşkil olunan təlim-məşq toplanışında dünən Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə oyundan (0:1) əvvəl 20 Yanvar faciəsini yad edib.

Kanal24.az klubun saytına istinadən yaydığı xəbərə görə, matçdan öncə klub üzərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlərin təsvir olunduğu şəkillər və faciə haqqında yazılı məlumatların yer aldığı kağızlar üç dildə hazırlanaraq, həm Almaniya təmsilçisinə, həm də komandanın futbolçularına təqdim ediblər.

"Zirə"nin oyunçuları meydana qara sarğıyla çıxıb və görüşdən öncə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla anılıb.


17:31 21.01.2016
Xəbər lenti
Bütün xəbərlər