KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda qızıl istehsalı artıb

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda 2 229,3 kq qızıl istehsal edilib.
 
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2014-cü illə müqayisədə 19,1% çoxdur. Nəticədə bu ilin yanvarın 1-nə 43,4 kq hazır məhsul ehtiyatı yaranıb.
 
Ötən il ərzində ölkədə 137,9 kq gümüş istehsal edilib ki, bu da 2014-cü ilin 12 ayı ilə müqayisədə 42,4% azdır. Nəticədə bu ilin yanvarın 1-nə 23,9 kq hazır məhsul ehtiyatı yaranıb.

17:45 21.01.2016
Xəbər lenti
Bütün xəbərlər