İspaniyanın “Barselona” klubunun və Argentina yığmasının oyunçusu Lionel Messi vergi ödəməkdən yayındığına görə məhkəmə qarşısında dayanmalı olacaq. Bu barədə AFP agentliyi məlumat yayıb.
Məhkəmə iclası mayın 31-də Barselonada keçiriləcək.
Xatırladaq ki, prokurorluq hələ 2013-cü ildə Lionel Messi və onun atası Xorxe Orasio Messiyə qarşı vergidən 4,1 milyon avro vəsaiti yayındırmaq barədə iddia qaldırmışdı.