KANAL24.AZ
Az Iw En Ru

Bakı "Lokomotiv"i Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi

Qadın voleybolçulardan ibarət komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib.

 

 “A” qrupunda mübarizə aparan Bakının “Lokomotiv” klubu digər təmsilçimiz “Azərreyl” komandasını qəbul edib.

Görüşün ilk hissəsi “Azərreyl”in 25:21 hesablı qələbəsi ilə başa çatıb. “Lokomotiv” ikinci hissədə dönüş edə bilib - 25:22. Üçüncü və dördüncü setlərdə də "Lokomotiv" üstün olub - 25:15, 25:14.

Beləliklə, “Lokomotiv” qrupda ikinci yeri tutaraq Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.


05:15 20.01.2016
Xəbər lenti
Bütün xəbərlər