KANAL24.AZ
Az Iw En Ru

“Neftçi” MOİK-ə qalib gəlib

Topaz Premyer Liqasının ikinci yarısına Bakıda hazırlaşan futbol klubların iştirakı ilə keçirilən “CBC Sport Kuboku” turnirində üçüncü turun son oyunu keçirilib.

Yanvarın 19-da turun son qarşılaşması Bayıl stadionunda “Neftçi” və MOİK arasında oynanılıb.

Premyer Liqa təmsilçisi bu matçın son dəqiqələrində qalib gəlməklə turnir cədvəlində liderlik mövqeyini ələ keçirib. Əsgər Abdullayevin yetirmələri keçirilən görüşün əvvəlində məğlub duruma düşsə də, ilk yarının sonunda tarazlığı bərpa edə biliblər.

İkinci hissənin əlavə olunmuş sonuncu dəqiqəsində daha bir qol vuran “Neftçi” çətinliklə də olsa I divizion təmsilçisini 2:1 hesabı ilə məğlub edib. Qazanılan 3 xal “Neftçi”ni yenidən turnir cədvəlinin birincisi edib.

Qeyd edək ki, IV tura yanvarın 20-də start veriləcək.


00:35 20.01.2016
Xəbər lenti
Bütün xəbərlər