KANAL24.AZ
Az Iw En Ru

Sənaye avadanlığı istehsalı zavodunun tikintisi bir aydan sonra başa çatacaq

Sənaye avadanlığı istehsalı zavodunun tikintisi bir aydan sonra başa çatacaq. Sonrakı iki-üç ay ərzində zavodda avadanlıqların quraşdırılması prosesi gedəcək. Üç aydan sonra biz ilk avadanlığı neft sənayesi, kimya sənayesi üçün istehsal edib təqdim edə bilərik.

Kanal24.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Qaradağ Metal Konstruksiyalar Zavodunun Direktorlar Şurasının sədri Rüfət Sucayev deyib.

"Zavod Qaradağ Metal Konstruksiyalar Zavodunun bazasında yaradılır. Yeni zavodun investisiya dəyəri təqribən 32 milyon avrodur. Layihə çərçivəsində 700-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Sonrakı dövrlərdə bu rəqəm 1000-1500-ə çatdırıla bilər. Zavodun layihələndirmə və mühəndislik işləri Almaniyanın "EPC Group" şirkəti tərəfindən həyata keçirilir", - deyə R.Sucayev bildirib.


00:23 20.01.2016
Xəbər lenti
Bütün xəbərlər