KANAL24.AZ
Az Iw En Ru

Mədət Quliyev yanacağın qiymətindən danışdı

“Bütün neft ölkələrində, ümumiyyətlə, dünyada iqtisadi böhran yaşanır. Belə şəraitdə Prezident İlham Əliyev analoqu olmayan addımlar atdı və bu gün də atmaqdadır”.

 

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda çörəyin qiyməti dünyada ən aşağı qiymətədir: “Yanacağın qiyməti sabit saxlanılır, hər bir Azərbaycan vətəndaşı rahatlıqla yanacaq ala bilir”.

M.Quliyev qeyd edib ki, dövlət başçısı bütün bu məsələləri nəzarətdə saxlayır: “Qısa zaman ərzində cənab Prezident yeniliklər həyata keçirir. Biz xöşbəxt bir xalqıq ki, belə bir rəhbərimiz var”.


23:35 19.01.2016
Xəbər lenti
Bütün xəbərlər