KANAL24.AZ
Az Iw En Ru

Dövlət satınalmaları zamanı yerli istehsallı məhsullara üstünlük veriləcək

Azərbaycanda dövlət satınalmalarının həyata keçirilməsi zamanı yerli istehsallı məhsullara üstünlük veriləcək.

Bu barədə Milli Məclisin qəbul etdiyi "Dövlət satınalmaları haqqında" qanuna dəyişikliklərdə deyilir.

İqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib ki, bu dəyişikliklərə əsasən, məhsulun keyfiyyəti yüksək olduğu təqdirdə, hətta tender təklifinin dəyərini 20 faiz üstələyərsə, üstünlük yerli istehsalçıya veriləcək.

Onun sözlərinə görə, bu təkliflər daxili istehsalın təşviqi çərçivəsində hazırlanıb: "Tender təklifinin dəyəri 15 faiz üstələndiyi halda yerli istehsallı məhsula üstünlük vermək tövsiyə edilirdi, lakin bu, məcburi xarakter daşımırdı. Yeni redaktədə isə daxili istehsalın təşviqi məcburi xarakter daşıyır".


23:55 19.01.2016
Xəbər lenti
Bütün xəbərlər