KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda 38 min 618 elektron imza istifadəyə verilib

Azərbaycanda “Elektron hökumət” portalı vasitəsilə elektron imza istifadəçilərinin sayı artıb.

Yanvarın 1-nə olan məlumata görə, ümumilikdə 38 min 618 elektron imza istifadəyə verilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu elektron imzaların 23 min 795-i dövlət qurumlarının, 7 min 913-ü fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər isə 6 min 910 elektron imza əldə edib.

Ötən il isə istifadəyə verilən elektron imzaların sayı 10039 olub və 35 faiz artım qeydə alınıb.


19:57 19.01.2016
Xəbər lenti
Bütün xəbərlər