KANAL24.AZ
Az Iw En Ru

Bütün naliyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 aprel 2022-ci il tarixdə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir. Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı bir çox mühüm məsələlərə münasibət bildirmişdir. Keçən 2021-ci ili qiymətləndirərkən cənab Prezident bildirmişdir ki, bu il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Keçən il qarşıya qyulan əsas məqsədimiz həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi. Azərbaycan hər iki istiqamət üzrə məqsədlərinə nail olmuşdur.

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki,qarşıya qoyulmuş bütün vəzifələr icra edilmişdir. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur.

30 ilə yaxın bir müddətdə yerinə yetirilməyən BMT-nin qətnamələrini cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı güc vasitəsilə həll etdi.

BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadılmışdır. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

Dünyada nüfuzlu beynəlxalq təşkilatlardan sayılan İslam Əməkdaşlıq Təşkilatı da işğal dövründə dəfələrlə Azərbaycanın haqlı mövqeyini əks etdirən qərar-qətnamələr qəbul etmişdir.

Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin müharibədən sonra daha intensiv xarakter aldığını bildirmişdir. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Prezident İlham Əliyevin Brüssselə son səfəri zamanı imzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir.

Birinci rübün yekunları qiymətləndirərkən Prezident İlham Əliyev bildirmişdir ki, ölkəmizin iqtisadi göstəriciləri çox müsbətdir. Ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatı 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar iqtisadiyyatımızın inkişafını göstərir.

Öləmizin xarici ticarət dövriyyəsi 60%-dən çox artıb. İxrac təxminən iki dəfə artıb. Bütün bu nəticələr Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş miqyaslı iqtisadi ilahatların nəticəsində əldə olunmuşdur.

 

Nadir Əsədullayev,

Sabirabad rayonu Osmanlı kənd ümumi orta məktəbinin direktoru


06:18 16.04.2022
Xəbər lenti
Bütün xəbərlər