KANAL24.AZ
Az Iw En Ru

UKRAYNA ƏRAZİSİNDƏ BAŞLAYAN ABŞ və RUSİYA HƏRB QARŞIDURMASI

""Bəli məhz ABŞ və Rusiya arasında davam edən hərb qarşıdurması üçün Ukrayna ərazisi hərbi meydan kimi seçilib. Ukrayna ərazisində Rusiya ilə ABŞ və NATO birliyi arasında "palazaltı" hərbi toqquşma gedir.
Rusiyanın Xüsüsi Hərbi Əməliyyat adlandırdığı, Dünya ölkələrinin isə Rusiyaya Təcavüzü elan etdiyi Rusiya - Ukrayna müharibəsi 24 fevral saat 04:00 --05:00 radələrində 2022-ci ildə başlayıb. BMT-nin ilin əvvəlinə olan məlumatına əsasən dünyada BMT üzv ölkələrin sayı 193 ölkədir. Bu ölkələrdən 40 dövlət Rusiyanı rəsmən ittiham etməsədə 153 ölkə bu və ya digər formada Ukraynanı dəstəkləyir. Müharibə rəsmi şəkildə bir cəbhədə Rusiya+DXR+ LXR digər cəbhədə tək Ukrayna arasında olsada, əslində Rusiya cəbhəsində ən azından Belarus, Çin, İran, KXDR, Kuba, Suriya, Eriteriya, Hindistan, açıq-aşkar şəkildə, gizli olaraq isə 34 dövlət Rusiyanı dəstəkləyir. Ukrayna cəbhəsində isə ABŞ, NATO Birliyi ölkələri, Yaponiya açıq-aşkar olaraq, 100-150 ölkə isə gizli şəkildə iştirak edir.
2019-cu ilin son məlumatına əsaslansaq, 193 BMT üzv olan ölkələrdən əlavə 147 dövlət, ümumilikdə 242 dövlətdə 7,92 milyard əhali yaşayır.Ən çox əhalisi olan ölkələr ; 1).Çin -1.452.430.137. nəfər, 2).Hindistan - 1.422.290.000. nəfər,........ 9).Rusiya - 146.033.315. nəfər.... 35).Ukraina - 43.529.051. nəfər,.... 91).Azərbaycan-10.119.100. nəfər.... ən az əhalisi olan ölkə isə Vatikandır 825 nəfər.
Dünyada elə bir adam tapılmaz ki, bu müharibədən danışmasın və bu fəlakətdən öznün çıxış yolu kimi fikirlərini söyləməsinlər. Mən də bu nəfərlərdən biriyəm. İstərdim ki, bu faciyyə haqqında öz fikirlərimi sizlərlə bölüşəm.
Yeri gəlmişkən belə bir rəvayət yadıma düşdü : "Bir Fil görür ki, onun ayağına bir Qarışqa yapışıb, ürəyinə rəhim gəlir sakitcə durur ki, yazıqdı, zəifdi, gücsüzdür, qoy sakitcə ayağımdan düşüb canın sağ-salamat qurtarsın. 5-10 dəqiqə tam sakit dayanır, amma Qarışqa durduğu yerdən tərpənmir, hərəkətsiz dayanır, düşmürki düşmür. Fil deyir : -- Ay Allahın canlısı niyə düşüb canını qutarmırsan?! Cavabında Qarışqa deyir : -- Nə düşmək, nə can qutarmaq? məyər hiss etmirsən ki, mən var gücümlə sənin ayağını dişləyirəm?!
Fil deyir : -- Ay bədbəxt varlıq baxmayaraq ki, sən dərk etmirsən öz gücünü, öz ölçülərini mən sənin nəliyini dərk edirəm.Dişləməyində davam et!"....
Bilirsizmi bu rəvayət mənə Rusiya kimi bir dövlətə Lüksemburq, Andorra, Latviya, Litva, Estoniya.... və s. və s. bu kimi 100 - lərlə cırtdan dövlətlərin "narazılıq"larını xatırladır.
Bütün ortalı-xırdalı dövlətlər yaxşı olar ki, heç olmasa dərk etsinlər ki, əgər Rusiya onları "cəza"landırmaq fikrinə düşsə nə ABŞ +NATO birliyindən və nədəki digər İri dövlətlərdən icazə istəməyəcək. Çünkü min illiklər belə olub və belədə davam edir, iri dövlətlər səhnəarxası danışıqlarla dünyanı ən azı 30-50 il davam edəcək öz dövlət və milli maraqları çərçivəsində razılaşaraq bölürlər.
Əminliklə deyirəm ki, Rusiyanın Ukraynaya müdaxiləsi ən azından 2-3 il bundan qabaq ABŞ, Çin və Rusiya arasında bütün dövlətlərdən məxvi olaraq aparılan dünyanın yenidən maraq dairələrinə bölünməsi danışıqlarının nəticəsidir.
Mənim fikrimcə Rusiyaya qarşı tətbiq edilən iqtisadi-siyasi sanksiyalarda əvvəlcədən razılaşdırılmış karrupsiya içində boğulan dünya aliqarxiya "bandasının" əlində oyuncağa çevrilmiş əldəqayırma prezidentlər tərəfindən hesablanmışdır. Milyard dollarla gəlir gətirən hərb zavodlarının işini hansısa bir gərginlik yaratmadan davam etdirmək olarmı? Əgər müharibələr, toqquşmalar olmasa hansı bəhanə ilə hərbi xərcləri artırmaq olar? Mütləq çaxnaşmalar olmalıdır ki, dünya kapitalist mafiyası gəlir götürə bilsinlər, milyardlarla ac-yalavac insanın başını qatmağa bəhanələr olsun. Bir sözlə sakitlik, dinclik, sülh olan yerdə heç vaxt milyardlarla dolların hərbi xərclərə nəyə görə xərcləndiyinə don geydirmək mümkün olmadığından çaxnaşmalar mütləqdir.
Dünyada tuyğan edən sosial-iqtisadi KRİZİSə səbəb olan DÜNYA KAPİTALİST DƏLƏDUZLARIN BİRLİYİndən("DKDB") yayındırmaq üçün, planlı şəkildə gah Əfqanıstanda, gah Yaxın Şərqdə çaxnaşmalar yaradılır, gah "Quş qripi", gah "Donuz qripi", gah KOVİD adı altında "xəstəlik" və s. və s... fikirləşib ortaya atılır.Bu ilin surpirizi isə Rusiya - Ukrayna müharibəsi oldu. Bəs necə ; artıq KOVİD qorxusu ilə əhalini YUMURUQ altında, KÖLƏ vəziyyətində istismar etmək öz effektliyini itirdiyindən yeni gərginlik yaratmaq lazım idi.Özünüz fikirləşin 43 milyonluq Ukrayna Xalqını öz ev-eşiklərindən didərgin salmaqla "DKDB" qumanitar yardım pərdəsi altında, Rusiyanın guya demokratiyaya təhlükəsi pərdəsi altında, Bu çaxnaşmanın guya səbəb olduğu enerji və iqtisadi böhran pərdəsi altında və s. neçə trilyonlarla dollar pullar əkişdirəcəklər....
Mən belə düşünürəm ki, siyasi müstəvinin üstündə Ukrayna Dövlətinin ən azı 3 variantda bölünməsi planlaşdırılıb.
VARİANT -.
Ukrayna DXR-nı və LXR-nı keçmiş SSRİ tərkibində olan Ukrayna SSR vaxtlarında mövcud olan Luqansk və Donetsk oblastları sərhədləri çərçivəsində müstəqil dövlət kimi tanımaqla bərabər KIRIM yarımadasını da Rusiyanın tərkib hissəsi kimi tanıyır. Yerdə qalan ərazilərdə isə yeni Ukrayna dövləti yaradılır.
VARİANT - II.
KIRIM yarımadası Rusiya ərazisi kimi tanınır. Dünyanın müstəqilliyini tanıdığı bu günkü Ukrayna Dövlətinin sərhədləri çərçivəsində mövcud olan Odessa, Nikolayev, Xerson, Dnepropetrovsk, Zaporojye, Xarkov, Donetsk, Luqansk oblastları əraziləri birləşdirilərək və antirus əhalidən təmizlənməklə rustpərəst Şərqi Ukrayna(Ümumi adın tapıb qoyarlar) yaradılır, yerdə qalan ərazilərdə isə ABŞ və qərb maraqlarına cavab verən, antirus mövqeli əhalinin cəmləndiyi Qərbi Ukrayna (ümumi adını düzüb-qoşarlar) dövləti yaradılır.
Sadə dildə desək sanki ll Dünya müharibəsindən sonra Almaniyanı qalib ölkələr 23 may 1949-cu ildən 03 oktyabır 1990-cı ilə kimi mövcud olmuş AFR və 07 oktyabır 1949-cu ildən 3 oktyabır 1990-cı ilə kimi mövcud olan ADR adı ilə iki yerə parçaladıqları kimi.
VARİANT - III.
Müharibə sona kimi davam edir, Rusiya Ukraynanın bütün ərazisini nəzarətə götürür, Kiyevdə öz adamını oturdur, Ukraynadan antirus əhali tam qovulub çıxarılır, DXR və LXR keçmiş Luqansk və Donetsk oblastları sərhədləri çərçivəsində tanınır, KIRIM yarımadası Rusiyanın ərazisi kimi tanınır.
Fikrimcə bu variantların mütləq biri baş tutmayınca Rusiya müharibəni dayandırmayacaq. Əks halda Rusiya NƏHƏNG dövlət statusunu birdəfəlik itirəcək, Putin isə öz adını Rusiyanın xilaskarı kimi tarixə salmaq arzusu boşa çıxacaq. Bu isə nə Rusiya Dövlətinə, nə Rus xalqına, nə isə Putinin ARZUSUna cavab vermir.
Rusiyanı dayandırmaq heç cür mümkün olmayacaq. Əks halda bütün dünyanı məhv edəcək lll Dünya müharibəsi, daha doğrusu sonuncu müharibə -- NÜVƏ MÜHARİBƏSİ rəsmən başlayacaq. Bu müharibədə QALİB ölkə və xalq olmayacaq!....
Açığın desəm bu fəlakətlərin bünövrəsində 30 ildir dünyaya meydan oxuyan ABŞ və onun NATO BİRLİYİ kimi qələmə vermək istədiyi HƏRB MAŞINI durur. Əvvələr NATO BİRLİYİ guya sovet təhlükəsi adı ilə SSRİ Dövlətinə qarşı 04 aprel 1949-cu ildə yaradılmışdı, SSRİ isə sovet sistemini və Sosialist ölkələrini NATO təhlükəsindən qorumaq üçün, 6 il sonra VARŞAVA MÜQAVİLƏSİ İŞTİRAKÇILARI DÖVLƏTLƏR BİRLİYİni(VMT) 14 may 1955-ci ildə yaratdı.Bu birlikdə ilk olaraq SSRİ, Bolqarıstan, Çexoslavakiya, Macarıstan, Polşa, Rumıniya, Albaniya, ADR olmaqla 8 Sosialist ölkəsi birləşmişdi. 1968-ci ildə Albaniya, 1990-cı ildə ADR təşkilatdan çıxmışdılar. Sadə dillə desək dünyada iki sisten Kapitalizim və Sosializm düşərgələri ölkələrinin ABŞ və SSRİ ətrafında Hərbi Birliyi adı altında ABŞ və SSRİ dövlətlərinin SOYUQ MÜHARİBƏ adlı qarşıdurma cəfəngiyat mexanizmləri..... Sual olunur M. Qarbaçov öz bandası ilə satqınlıq nəticəsində əvvəl Sosialist ölkələrini və sonra SSRİ Dövlətini dağıtdıqdan və Varşava müqaviləsi təşkilatı 01 iyul 1991-ci ildə dağıldıqdan sonra NATO BİRLİYİ niyə buraxılmadı?! Kimləri kimlərdən qorumalıydı bu birlik?!
Əksinə keçmiş Sosialist ölkələri və digər ölkələr, o cümlədən Pribaltika dövlətlərini(Latviya, Litva, Estoniya) də NATO BİRLİYİnə qoşdular. Hazırda 30 ölkə bu təşkilatın üzvüdür,Uzun illər baxmayaraq ki, heç bir Rusiya təhlükəsi yox idi. Sonralar isə ABŞ və şəxsi NATO-su bütün dünyada özbaşınalıqlara başladılar. "Demokratiya", "Məxməri inqilablar" bütün dünyanı bürüdü..... Əfqanıstan, Liviya, İrak, Misir, Suriya və s. Demək olar ki, irili xırdalı heç bir dövlətin və xalqın maraqları nəzərə alınmadan dünya cəlladına çevrildilər. Son 5-10 idə isə Çin və Rusiya yavaş-yavaş DİZ ÜSTƏN QALXDI və öz maraqların tələb etdilər....
2014-cü ildə Ukraynada təşkil etdikləri dövlət çevrilişi isə son 8 ildə Ukraynanı tam antirus bir dövlətə çevirdi. Rusiya son 2-3 ili ABŞ və NATO birliyi ölkələrini əməkdaşlığa çağırsada ABŞ və NATO Rusiya maraqlarına TÜPÜRMƏ mövqeyindən çəkinmədi. Bu isə daha QIRMIZI XƏTT demək idi. Bax budur başlayan və davam edən faciənin əsas səbəblərin qısa izahı.. ..
Azərbaycan çox kiçik bir ölkə kimi bu siyasi şahmat oyununda FİQUR kimi heç bir rol oynaya bilməz.Hər hansı tərəfin Azərbaycanı PEŞKA rolunda oynatmaq arzuları isə mütləqdir.
Fikrimcə Azərbaycan prezidenti və hakimiyyətdə olanların 50-60% tam düzgün NEYTIRAL BALASLI siyasət aparırlar. Ancaq məmurların 40-50%-i isə sanki xalqın, Dövləti maraqlarını deyil ya Rusiya və ya Ukrayna tərəfini tutmaqla, öz siyasi boşboğazlıqları ilə, populist alqışlar naminə Azərbaycan Xalqınıda çaşdırmaqla iki cəbhəyə bölməklə məşquldular.
Yadda saxlamaq lazımdır ki, "Bir millət iki dövlət!" sözün əsil mənasında Rusiya və Ukrayna xalqlarına daha çox yaraşır nəyinki bizlərə. Bu baş verənlər iki dövlətin öz problemləridir, bizlər ancaq baxıb nəticə çıxarmalıyıq ki, dünənə kimi QARDAŞ olan nəsilləri bu gün DÜŞMƏN edən nəsil əvəz edib. Dərk etməliyik ki, Azərbaycan dövlətinin tək bir qardaşı var-- AZƏRBAYCANLI adını şərəflə daşıyan İNSANLARımız. Yalnız öx xalqımıza, öz əhalimizə arxalanıb irəliləməliyik. "Qardaş" axtaran NƏSİL yetişdirmək əvəzinə AZƏRBAYCANLI NƏSİL yetişdirməliyik. "QONŞUYA ÜMÜDLÜ OLAN ŞAMSIZ QALAR!" məsəlini əldə şüar edərək, "Böyük qardaşımız! ", "Din qardaşlarımız! ", "Bir millət!" və s. bu kimi şüarlarla dövlət qurmaq, xalq yetişdirmək, irəli getmək ancaq az zaman intervalında müstəqillikdə olmaq deməkdir. Daimi müstəqil, İqtisadi və Hərbi Nəhəng dövlət qurmaq mexanizmini Uzaq Şərqdə Yaponiya, Yaxın Şərqdə İsrayil, Avropada Şvetsariya tam təsdiqini göstərib. Biz bu modellərin ya birini seçib ölkəmizdə tətbiq etməliyik və ya 3 -nün ümumi vəhdətin qura bilsək lap əla olar. Var olsun müstəqil AZƏRBAYCAN və AZƏRBAYCANLI adının məhsuliyyətini dərk edən İNSANLARımız! ""
Ibrahim Həsənov /İBO/


03:40 12.03.2022
Xəbər lenti
Bütün xəbərlər