KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı idmançı erməni rəqibini belə məğlub etdi

İdmançılarımız "Rio 2016"-ya növbəti lisenziyaları qazanıblar.

Türkiyənin İstanbul şəhərində, taekvando üzrə Avropa Olimpiya təsnifat turnirinin növbəti görüşləri keçirilib. Yarışın ikinci günü Azərbaycan millisi üçün uğurlu alınıb. Təmsilçimiz erməni rəqibini darmadağın edərək, "Rio 2016"-ya lisenziya qazanıb.

Azərbaycan yığmasının üzvü Milad Beigi Hərçəqanı latviyalı Yanus Kauneni (16:0), erməni idmançı Arman Yeremyanı (11:1) və yarımfinalda türkiyəli Yunus Sarını (10:1) böyük hesablarla məğlub edərək finala yüksəlib. İdmançımız finalda polşalı rəqibi Pyotr Pazinskiyə 14:2 hesabı ilə qalib gələrək turnirin qızıl medalını əldə edib.

Qadın idmançılarımızdan Patimat Abakarova isə Dünya Taekvondo Federasiyasını təmsil edən Dino Poriunes-Lanqerudidən (4:1), yunanıstanlı İoanna Kotsudan (5:1), yarımfinalda isə ukraynalı İrina Romaldanovadan (3:1) üstün olaraq finala adlayıb. P.Abakarova finalda serbiyalı idmançı Tiyana Boqdanoviçi (6:5) mübarizədən kənarlaşdıraraq yarışın qalibi olub.


22:54 18.01.2016
Xəbər lenti
Bütün xəbərlər