KANAL24.AZ
Az Iw En Ru

BÖYÜK GÜCLƏRİN ƏLACSIZ KİÇİKLƏRİ

"" Məqaləyə "Sən saydığını say gör fələk nələr sayır!" deyimini yadınıza salmaqla başlayım.

Bəli Azərbaycan xalqı ll Qarabağ müharibəsində qələbə qazanıb torpaqları azad etdiyini, gələcəyə planlar qurduqlarını fikirləşdiyi halda əslində nəticədə 3,1 min kv km. ərazilərimiz hələdə erməni İŞĞALındadır, özlərini qondarma "Artsah" ("DQR") dövləti elan etmiş terrorçular hələki Rus sülhməramlılarınin "qayğısı" və rəhbərliyi altda fəaliyyətdədir. Baxmyaraqki, Azərbaycan hakimiyyəti "Qarabağ problemi yoxdur!" deməkdə davam edirlər,ancaq düzdür faiz nisbətində torpaqlarımız 80% işğaldan azad olsada problem qalır və gündən-günə dahada gərginləşir.Azərbaycan hərbiçiləri ilə erməni hərbiçiləri və "Artsah" terror qrupları arasında gündəlik atışmalar adi hala çevrilib.
Azərbaycan və Ermənistan arasında son zamanlar daha da gərginləşən sərhəd problemlərinin yalnız bir məqsədi var : Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədlərinə Rus sərhəd qüvvələrinin yerləşdirilməsinə hər iki xalqı məcbur etmək. Belə bir görüntü yaratmaq istəyirlər ki, guya iki dövlət arasında gərginliyi və təxribatları dayandırmağı yeganə yolu Rus sərhədçilərinin iki dövlətin sərhədçilərinin ortasında yerləşdirməklə Rusiyanın bu hərəkətlərinə həm Azərbaycan və Ermənistanın daxilində və həm də dünya siyasi arenasında SÜLH YARATMA MİSANERLƏRİ donu geydirməkdir.
Bir zamanlar keçmiş SSRİ Dövlətinin tərkibinə daxil olan 15 müttəfiq respublikalarından ikisi Ermənistan SSR və Azərbaycan SSR arasında mövcud olan respublikalar arası daxili sərhədlər SSRİ Dövlətinin mövcudluğu illərində demək olar ki, heç bir əhəmiyyət kəsb etmirdi. Bu sərhədlər tam açıq və sinvolik əhəmiyyət daşıyırdı. Ancaq SSRİ Dövləti dağıldıqdan sonra müttəfiq respublikalar MÜSTƏQİL dövlətlərə çevrildikdən yaranmış müstəqil dövlətlər arasında sərhədlər məhz Sovet vaxtı bölünmüş sərhədlər çərçivəsində müəyinləşməyə başladı.
Oktyabır ayında Pentaqonun başçısı Lloyd Ostin özünün Qaradəniz ölkələrinə(Rumıniya, Ukrayna və Gürcüstan)səfəri çərçivəsində Tibilisidə Gürcüstanın Müdafiə naziri Cuanişer Burçalidze ilə görüşündən sonra Gürcüstana "Tibilisinin Avroatlantik perspektivləri" maraqlarını "işarə etməklə" dövlətlərarası memorandum imzalanması və ardınca 2-4 noyabırda Cənubi Qafqaz Konferensiyasında ABŞ Dövlət katibini Erik Olsonun və ABŞ Azərbaycanda, Gürcüstanda, Ernistanda olan səfirlərinin iştirakı, daha sonra Olsonun Gürcüstanda və Azərbaycanda olan ABŞ səfirlərinin iştirakı ilə Ermənistan rəhbərləri ilə danışıqlar aparması bir daha sübut edir ki, Cənubi Qafqazda ABŞ və Rusiyanın çox ciddi rəqabəti getməkdədir. Heç kimə sirr deyil ki, ABŞ böyük cəhdlə Türkiyənin timsalında NATO-nun(Türkiyə 18 fevral 1952-ci ildən bu birliyin üzvüdür) Azərbaycanda "mövcudluğunu" bərkitmək istəyir. Rusiya isə hələ ki, Türkiyənin Azərbaycandakı hərbi "varlığına" guya əhəmiyyət verməsədə amma buna heç vaxt yol verməməyəcəyi mütləqdir.
ABŞ Əfqanıstandan "qaçanda" sonra bəyan edir ki, Gürcüstan və Ukraynnada öz maraqlarından əl çəkməyəcək.
TARİXİ ARAYIŞ :
NATO(İngilis dilində North Atlantic Treaty Organization baş hərflərinin birləşməsi) Hərbi-Siyasi bloku 4 aprel 1946-cı ildə 12 ölkənin iştirakı ilə guya SSRİ Dövlətindən gələ biləcək təhlükəyə qarşı birlikdə mübarizə adı ilə yaradılıb. SSRİ artıq 30 ildir dağılıb NATO isə əksinə öz birliyində artıq 30 dövləti toplayıb-birləşdirib. Mənim şəxsi fikirimcə NATO bu müasir dünyada baş verən müharibələrdə 100% səbəbkar dır. NATO yarananda ilk qoşulan dövlətlər : ABŞ,Böyükbirtaniya, Kanada, Fransa, Norveç, Daniya, Lüksemburq, İtaliya,Portuqaliya, Belçika, İslandiya, Hollandiya olmaqla 12 dövləti birləşdirirdisə hazırda ən sonuncu 27 mart 2020-ci ildə Makidoniyanı qəbul etməklə sayı 30 dövlətin birliyi olub. 2020-ci ilin yekunu məlumatına əsasən NATO dövlətlərinin ümumi hərbi xərci dünya dövlətlərinin ümumi hərb xərclərinin 57%-ni təşkil edib...

Qafqazda Türkiyənin təklif etdiyi "ÜÇ+ÜÇ" (Rusiya, Türkiyə, İran + Azərbaycan, Gürcüstan, Ermənistan) formatlı dialoq Rusiyanı qane etsədə ABŞ heç cür qane etmir. Bu formatda Cənubi Qafqaz regionunda ABŞ və Avropa tam qıraqda qalır bu isə həmin dövlətlərin regionda olan milli-siyasi maraqlarına cavab vermir. Hələki "3+3" formatını Rusiya, Azərbaycan, Türkiyə və İran dəstəkləsə Gürcüstan və Ermənistan ABŞ və Avropanın "qorxusundan" tərəddüddədirlər. Əgər "3+3" formatı reallaşarsa Miniski qrupunda iştirak edən həm ABŞ və həmdə Brüssel kənarda qalır. Bu vəziyyət isə ABŞ və Avropa üçün Cənubi Qafqazı itirmək deməkdir.
ABŞ Gürcüstanı "3+3" formatından uzaqlaşdırmaq məqsədi ilə ABŞ Müdafiə naziri Gürcüstan ilə memorandum imzalamaqla Gürcüstanla münasibətlərə ümdə əhəmiyyət verdiyini və Gürcüstana ərazi bütövlüyünü(Abxaziya və Cənubi Osetiya ərazilərini) bərpa edilməsində dəstək olacağını bəyan edib. Cənubi Qafqaz Regionunda qurulacaq kommunikasiya xətləri əgər Ermənistandan keçərsə burda nəzarət Rusiyanın əlinə yox əgər Gürcüstandan keçərsə nəzarət ABŞ əlinə keçəcək. Bax budur əsas ƏMMA.Dünyanın İki nəhəng hərbi gücü ABŞ+NATO və RUSİYA arasındakı siyasi çəkişmələrin qurbanına çevrilib Azərbaycan və Ermənistan dövlətləri...... Bu səbəbdən də Azərbaycan və Ermənistan sərhədlərində iki qonşu xalqın zavallı nümayəndələri İKİ NƏHƏNG hərb gücün siyasi şahmat oyunu apardığı şahmat taxtasıın PEŞQA(PİYADA)larına çevriliblər.
Keçmişə nəzər salsaq görərik ki, 2008-ci ildə Cənubi Asetiyada hərbi konfilikdən dərhal sonra "3+3" formatını ilk dəfə 2008-ci ildə Türkiyə tərəfindən irəli sürüldü. Ancaq Ermənistan bu təklifi ABŞ və Avropa birliyinin(əsas rolu Fransa oynamaqla) dəstəyi ilə rədd edirdi. Ancaq 2018-ci ildən başlayaraq Güclər nisbəti dəyişməyə başladı və nəhayət 44 günlük II QARABAĞ MÜHARIBƏSİndən sonra(27 SENTYABIRdan 10 NOYABIR 2020-ci ilə kimi) Ermənistan tam öz "kozurunu" itirdikdən və Azərbaycan SÖZ SAHİBİ olduqdan sonra "3+3"formatı yenidən önə çıxdı. Beləki 2018-ci ildə Nikol Paşinyanın Ermənistan da hakimiyyətə gəlməsi Azərbaycanla aparılan danışıqları demək olar ki, dayandırması və nəhayyət "DAĞLIQ QARABAĞ Ermənistandır NÖQTƏ" deməklə aparılan danışıqları tam pozması, Azərbaycanı öz əzəli torpaqlarını yalnız müharibə yolu ilə azad etməsinə məcbur etdi. Nikol Paşinyanın Qərb yönlü apardığı xarici siyasət və Rusiya ilə "GİZLƏNPAÇ" oynamağı Rusiyaya Ermənistanı cəzalandırmaq və Azərbaycanla daha sıx müttəfiqlik əlaqələr qurmağa "məcbur"oldu.
2019-cu ildən başlayaraq Rusiya siyasi elitasında və rəhbərliyinin apardıqları söhbətlərdə daha tez-tez ; "Qarabağ Azərbaycanın beynəlxalq qurumların tanıdığı əraziləridir!" eşidilməyə başladı. Son nöqtəni isə Rusiyanın prezidenti Vladimir Vladimiroviç Putinin "QARABAĞ Azərbaycanın BMT tərəfindən və digər Beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazisidir!" və "DQR-nı heç Ermənistanın özü rəsmən tanımadı!" deməsi qoydu.....
Dünyada mövcud olan "sərfəli şərayit"dən çox məharətlə istifadə edən Azərbaycan ll Qarabağ müharibəsində Ermənistanı və "Artsah" adlandırdığı ƏZƏLİ Qarabağ torpaqlarımızda qurduqları qondarma və heç bir dövlətin tanımadığı "DQR" darma-dağın etdi. Həqiqəti desək keçmiş Azərbaycan SSR tərkibində mövcud olan DQMV ərazilərimizin hələ bu gündə 3,1min kv.km.Azərbaycanın deyil müvəqqəti Rusiya Sülhməramlılarının nəzarəti altındadır amma Ermənistan SSR ilə Azərbaycan SSR arasındakı Sovet illərindəki sərhədlərimizə Azərbaycan ordusu tam nəzarət edir.
Bu günkü mövcud şəraitdən Azərbaycan çox məharətlə istifadə etyi bacarmalıdır. ABŞ və Fransanın Ermənistanı Rusiya təsirindən "qutarmaq" cəhdlərindən çox məharətlə istifadə edərək Rusiya Dövlətinin Cənubi Qafqazda olan milli-regional siyasi maraqlarını nəzərə almaqla öz xarici siyasətini aparmalı, ABŞ və NATO (Türkiyə bu birliyin üzvüdür) qüvvələrinin Azərbaycan ərazisinə gəlməsinə və bərkiməsinə razılaşmaqla Rusiyanı heç vaxt erməni maraqlarını qorumağa itələmək, məcbur etmək olmaz. Daima olduğu kimi NEYTRAL və Balanslı xarici siyasət yolunu davam etdirməklə yanaşı mütləq Dünya Yahudi Lobbisi və İsrayil Dövləti ilə olan yüksək dostluq əlaqələrini dahada möhkəmlətməklə Azərbaycanın dünya siyasi müstəvisində Dünya erməni lobbisinə qarşı mübarizəsində yeganə köməyi və çıxış yolu olan Dünya Yahudi Lobbisinin dəstəyini qoruyub saxlamalıdır. II QARABAĞ MÜHARIBƏSINDƏ Dünya erməni lobbisini və Rusiya hakimiyyətində yetərincə sayda olan ermənipərəst qüvvələri zərərləşdirən, dünya siyasi arenasında SON SÖZ SAHİBİ olan Dünya Yahudi Lobbisinin göstərdiyi SİYASİ DƏSTƏYİn dəyərini azaltmaq və ya unutmaq Azərbaycan üçün çox böyük siyasi problemlərin yaranmasına gətirəcəyi mütləqdir. Unutmamalıyıq ki, Azərbaycan diasporunun dünyada siyasi çəkisi YOX dərəcəsindədir. Azərbaycanın Dünya siyasi arenasında milli-siyasi maraqlarını yalnız Dünya Yahudi Lobbisi QORUYUR. Bu dəstəkdən məhrum olmaq çox böyük problemlərə yol açacaq. Hər bir AZƏRBAYCANLI adını ŞƏRƏFLƏ daşıyan İNSANLAR Azərbaycan hakimiyyətinə Azərbaycan İsrayil DOSTluğunu qorumaqda yaxından dəstək olmalıdır."Böyük qardaş", "müsəlman qardaşlığ", "Bir millət", "Turan birliyi" və s.və s. prinsipləri ilə qurulacaq xarici siyasət Azərbaycanı Dünyada son söz sahibi olan Yahudi Lobbisinin dəstəyindən məhrum edə bilər. Azərbaycan yalnız NEYTRAL və Balanslı xarici siyasət yolunu davam etdirməklə öz müstəqilliyini qoruyub saxlaya və Cənubi Qafqazın İsrayiliə çevrilə bilər.
Azad olunmuş torpaqlara qaçqınların köçürülüb məskunlaşdırılmasını tezləşdirmək lazımdır. Bu ÜÇ səbəbdən vacibdir :
BİRİNCİ SƏBƏB...
30 ilə yaxın açqınlıq Həyatı keçirən yaşlı nəsil adamlarımızın vətən, torpaq həsrətinə son qoymaq ən böyük vəzifəmizdir. Neçəki sağdırlar heç olmasa ata-baba torpaqlarına qovuşsunlar. Təsəvvür edirmisinizmi necə acınacaqlı fəlakətdir biləsən ki, torpağın azaddır ancaq torpağını görmədən, torpağ həsrətinə son qoymadan həyatdan edəsən?!
İKİNCİ SƏBƏB...... .
Əgər haçansa Dağlıq Qarabağda yaşayan ermənilərə status verilməsinə Azərbaycanı məcbur etsələr o halda Dağlıq Qarabağda yaşayan(Ən azından keçmiş DQMV ərazisinə daxil olan ŞUŞA və HADRUT şəhərlərində və digər azad edilmiş DQMV ərazilərimizdə) Azərbaycanlı millət və xalqlarından olan əhalinin sayı erməni millətindən olan əhalinin sayından ən azından 5-10 dəfə çox olmalıdır.Bu halda erməni separatçılarının köməyinə heç ediləcək referendumun nəticələri də çatmayacaq.
ÜÇÜNCÜ SƏBƏB.........
Əgər məskunlaşma yoxdursa, şəhərlər və kəndlər, iş yerləri bərpa edilməyibsə, rayonlarımız və kəndlərimiz xarabalıqlar kimi qalacaqsa bundan düşmən məharətlə istifadə edərək əhalisiz yerləri açıq-aşkar atəş altında saxlamaqla adamların beyinlərində belə bir fikir oyadacaqlar ki, təhlükəli yerlərə köçüb yaşamağa dəyməz. Axı qaçqın-köçkün əhalimizin 70-90% gənc nəsildir, onların o torpaqlara bağlılıqları QOCA NƏSİL səviyyəsindən çox aşağıdır. Bu acı reallıq olsada deməliyik ki, yeni nəsil qaçqın-köçkün övladları Qaçqınlıq illərində doğulublar. 30 il az bir müddət deyil. Bu ilərdə torpaqlarından, yurdlarından qaçqın düşənlərin 60-70% ya dünyasını dəyişib və ya didərgin düşərkən çox kiçik yaşda olduqlarından(5-10 yaş arası) ev-eşiklərini,yurd-yuvalarını xatırlamırlarda daha bir səbəb ki,hətda komunal Şərayit qurulması belə məskunlaşma işləri tam sürətlə aparılmalıdır. Hər ötən il Azərbaycan Xalqının əlehinə işləyir.
ULU YARADAN AZƏRBAYCAN Dövlətinə, Azərbaycan (Azəri) millətinə, Azərbaycan Xalqına Bu çətin günlərində DAYAQ olsun! ""
-(İBO)-Ibrahim Həsənov.


20:59 17.11.2021
Xəbər lenti
Bütün xəbərlər