KANAL24.AZ
Az Iw En Ru

AZƏRBAYCANIN BAŞI ÜSTÜNDƏ YENƏ QARA BULUDLAR TOPLANIR

ll Qarabağ müharibəsindən bir il ötməmiş, yenidən Azərbaycan Xalqının başı üzərinə qara buludlar toplanmaqdadır. Bu buludlar yaxın zamanlarda xalqımızın başına yeni bəlalar tökməsə yaxşıdır.......
Son zamanlar daha bir "qara bulud" çox fəal və sürətlə başımız üzərinə toplanmaqdadır...
Azərbaycanın cənub qonşusu olan İranla son zamanlar baş verən gərginliklər fonunda daha dolğun təsəvvürünüzün olması üçün sizə qısa bir məlumat verim :
TARİXİ ARAYIŞ :
Müasir İran dövləti 1935-ci ilə kimi Persiya adlanırdı, 1935-ci ildən İran, 1979-cu ildən isə İran İslam Respublikası adlanır Sahəsi -- 1.648.195.kv.km-dir.Paytaxtı Tehran şəhəridir.Əhalisi -- 83. 024.745. nəfərdir, Bayrağı horizontal olmaqla altda qırmızı, ortada ağ və üstdə yaşıl rəngli 3 rənglidir.
İran ordusu 18 aprel 1923-cü ildən yaradılmaqla 523 min nəfərdir Bunlardan 350 min nəfəri Quru Qoşunlarının Heyyəti dir.Hərbi büdcəsi dünya ölkələri sırasında 17-ci olmaqla 19.6 milyard dollardır. İranın Müdafiyə naziri 2017-ci ilin avqust ayından Birqada generalı Əmir Hətamidir. Əmir Hətami 1965-ci ildə Zəncanda doğulub.
İran dövlətinin Hərbi texnikası :
Samalyot - 155 ədəd,Qırıcı təyyarə-23 ədəd, Transpot Təyyarə -62 ədəd, Vertalyot - 100 ədəd, Hücum Vertalyotu - 12 ədəd, Zirehli texnikası 4300 ədəd, Tank - 2056 ədəd, Artilleriya(dayanan) - 2088 ədəd, Artilleriya (özügedən) - 570 ədəd, Minamyot - 3000 ədəd, РСЗО - 1476 ədəd, Taktiki raket - 30, və s. Əlavə olaraq qeyd edim ki, İranda 319 aeroport var. İran ordusu dünya ordu reytinqində 14-cü sıradadır.
Bəli göstərilən rəqəmlərdən görünür ki, İran ordusu Ermənistan ordusu deyil. Əgər müharibə olsa Azərbaycan dünyanın ən nəhəng ordularından 14-cüsü olan İrana qarşı döyüşməlidir. İranın illik hərbi büdcəsi Azərbaycanın hərbi büdcəsindən 9-10 dəfə çoxdur. Hərbi texnikası isə müqayisə olunmaz dərəcədədir. Bəli çox acı olsada bu olan reyal faktdır və bu Reyallığı nəzərə almamaq Azərbaycan xalqına, Azərbaycan Dövlətinə DÜŞMƏN mövqedə olmaq deməkdir.
Axı İranı niyə qıcıqlandırıcı məsələlərlə təhrik edirik ki, İran da ehtiyat tədbirləri görə?!
1....Dünyada qəbul edilmiş İran ərazisinin məlumdur ki, 364 min kv. km. hissəsi qədim Azərbaycan torpaqlarıdır.Bu acı fakt olsada heç vaxt açıq - aşkar BÜTÖV AZƏRBAYCAN şüarı ilə çağırış edən "Çayxana siyasətçiləri"nin yolunu tutmaq olmaz. Bu həm beynəlxalq hüquqa və həmdə İran Azərbaycan arasındakı münasibətlərə ziddir.
2.....İran əhalisinin 35-40 milyonu Azərbaycanlıdır deyib İranı parçalamaq, TƏBRİZ bizimdir deyib İranı qıcıqlandırmaq yolu tutanlar ən birinci Azərbaycanlıların DÜŞMƏNİDİRlər.
3.....12 sentyabrda "ÜÇ qardaş-2021" başlığı altında təlimlərini keçirilməsi məhv edilmiş Ermənistana qarşı deyilsədə dolayı yolla Rusiya və İrana "güc" nümayişi kimi qəbul edilir. Axı heç vaxt Azərbaycan - Türkiyə - Pakistan hətda Qarabağ işğalda olan illərdə, Ermənistana qarşı belə güc göstərməyiblər! Bəs nədən indi məhv edilən Ermənistana qarşı bu gücü göstərmək lazımdır?!!...
Bəli məhz bu kimi cavabsız suallar Azərbaycan Dövlətinin və Azərbaycan Xalqının əlehinə regionda gərginlik yaradır. Hansı dövlətin İranla hansı problemi varsa Azərbaycan ərazisindən kənarda, Azərbaycan Xalqının qanı bahasına həl etmək məqsədlərindən qıraqda həl etsinlər. Heç vaxt Azərbaycanı Əfqanıstanda, Suriyada, Liviyada və s.oldğu kimi dünya nəhənglərinin hərb meydanına çevirməyə imkan vermək olmaz.
Əminliklə demək olar ki, Azərbaycanda baş verən son hadisələrin ssenarisi Dünya erməni lobbisinin ("DEL) " və erməni sevər qüvvələrin REVANŞ planlarının ilk mərhələsidir.
Heç vaxt dünya erməni lobbisinin ("DEL" ) çox diqqətlə və məharətlə işləyib hazırladıqları və artıq həyata keçirməkdə olduqları, İran dövləti ilə Azərbaycan arasında 30 il mövcud olan, ən azından sakit qonşuluq münasibətlərini pozmağa imkan vermək olmaz. Hər iki dövlətdə yetərincə ünsürlər var ki, Sosial Şəbəkə səhifələrində öz "yazı-pozularında", "videoçarxlarında" və s. paylaşmaları ilə baş verə biləcək siyasi fəsadları qanmadan daima "Siyasi yekabaşlıq" etməklə onsuzda gərgin olan münasibətləri daha da pisləşdirməyə xidmət edirlər.
Götürək bu yaxınlarda "azərierməni" ünsürlərin İranın Bakıda olan səfirliyi binası önündə İran bayrağında olan 3 rənglərdə 3 ədəd aftafanın qoyulmasını. Məgər bu şüurla özün girləyən, öz dövlət bayrağına hörmət qoyan, dövlətinin siyasi maraqlarını qoruyan adamın işidir?!
Xeyir bu hərəkət gəda işidir! Belə bir hörmətsizliyi İranda Azərbaycan səfirliyi önündə edilsəydi xoş olardımı?! Bu Siyasi Reyallığı qanmayan "Çayxana siyasətçiləri"in əməllərdir. Bu hərəkətlər erməni və osmaniyyə(hazırda adların türk qoyublar) + rus maraqlarına xidmət edən ETNOS parazitlərin işidir.
Sirr deyil ki, İran "siyasətçiləri" bu kimi yolverilməz hərəkətləri Azərbaycanın etibarlı dostu olan İsrayil dövlətinin ayağına yazırlar. Daima təkrar edirlər ki, Azərbaycanlılar Yəhudilərin əlində İranlılara qarşı oyuncağa çevriliblər! Yahudilər Azərbaycan hakimiyyətin idarə edirlər! Və s. və s..... Amma əslində isə bu əməllər nə Yəhudilərin və nədəki AZƏRBAYCANLI adının məhsuliyyətini dərk edən İNSANların əməlləri yox, damarlarında onlarla millətlərin qanqarışığı axan "azərierməni", "azəritürkü", "azərirus" damgalalarını özlərinə şərəf bilən parazitlərin planlı şəkildə həyata keçirdikləri əməllərdir.
Bəli Azərbaycanın vətəndaşları olan "azərierməni"lər əslində Ermənistanın, "azəritürk"lər əslində Türkiyənin," azərirus"lar isə əslində Rusiyanın dövlət maraqlarına xidmət etməklə Azərbaycan Xalqının ÜMUMİ MİLLİ Maraqlarına xəyanət edirlər. Məgər anlamaq çətindirmi ki, İran dövləti ilə baş verə biləcək hər hansı hərbi müqayişə Azərbaycan torpaqlarında yeni dağıntılar, yeni insan itkiləri, yeni çətinliklər törədəcək.
II QARABAĞ müharibəsində Azərbaycan Xalqının verdiyi 3 minə yaxın VƏTƏN QURBANLARImızın heç İLİ çıxmayıb. Azərbaycan yeni azad etdiyi torpaqlarda heç bərkiməyib, Axı dərk etmək bir o qədər çətindirmi ki, "DEL" və erməni maraqlarını müdafiyə edən Fransa, Kanada, Yunanıstan, ABŞ və s. Azərbaycana etdikləri siyasi və iqtisadi təzyiqlərin indiki vəziyyətində İranla müqayişə törənməsi bizə nə verə bilər?! İranla hər hansı bir gərginlik Azərbaycan xalqına yalnız böyük bəlalar gətirə bilər! Naxcıvanla Azərbaycanın digər bölgələrini məgər yalnız İran ərazisindən keçən quru yol birləşdirmir?! Bəs bu yol bağlansa, İran Naxçıvana Qaz və Elektrik təchizatın dayandırsa Naxçıvan əhalisinin üzləşəcəyi çətinlikləri kimin ayağına yazaq?!...
İndi nə edək kiçik bir qurup "azəricalaq" ünsürlərin digər dövlətlərin milli maraqlarına xidmət etmələrinə göz yumaraq İranla müharibəyə başlayaqmı?!
Heç fikirləşirsinizmi İran dövlətinə qarşı demək olar ki, bütün dünya ABŞ ətrafında birləşərək heç cürət edib müharibəyə girmirlər,dünən müharibədən çıxmış, əgər tam səmimi desək hərbi güc nisbətində İrandan dəfələrlə zəif olan Azərbaycan İranla müharibəyə girişməlidir ki, nədi nə var Ermənistana, Türkiyəyə, Rusiyaya belə daha sərf edir?!
Buna yol vermək olmaz! Bu yolu seçənlərin Dünya siyasətindən nə də ki, REYAL hərb gücünün nə demək olmasından xəbərləri yoxdur! Azərbaycan heç vaxt 30 il özünü tam doğrultmuş NEYTIRAL SİYASƏTindən çıxmamalı, yalnız Dünyada və əsasən də Cənubi Qafqazda BALANSLI SİYASƏTini davam etdirməlidir. Azərbaycan Son 30 ildə apardığı BALANSLI siyasətin nəticələri göz qabağındadır. Qarabağı Azərbaycanın azad etməsi məhz Dünya Yəhudi Lobbisi, İsrail Dövləti ilə etibarlı dostluğun və digər qonşu dövlətlərlə aparılan BALANSLI xarici və daxili siyasətin nəticəsidir!
Azərbaycan Dövləti Cənubi Qafqazda bizi əhatə edən hər üç dövlətlə münasibətdə tam NEYTİRAL mövqe siyasətinə qayıtmalıdır. Türkiyə ilə "bir millət iki dövlət", İran ilə "Şiyə din qardaşlığı", Rusiya ilə "Böyük qardaş" şüarları cəfəngiyyatlarından uzaq olmalı, hər 3 ölkəyə imkan vermək olmaz ki, öz problemlərini Azərbaycan ərazisində və Azərbaycan Xalqının qanı hesabına həll etsinlər.
Azərbaycanın hazırkı hakimiyyətinə "azəritürk", "azərifars", "azərirus" parazitlərinin TƏZİQini azaltmaq və yox etmək üçün, milli kimliyindən asılı olmayaraq AZƏRBAYCANLI adını ŞƏRƏFLƏ daşıyan hər bir İNSAN birləşməlidir. 30 il düzgün xarici siyasət qurmuş indiki İqtidara və hakimiyyətə son bir ildə tarazlığını itirmiş siyasətdən dönərək yenidən NEYTIRAL və BALANSLI xarici siyasət yoluna dönməyi tələb etməlidir. Əks halda Azərbaycan yaxın zamanlarda böyük bəlaların məkanına çevriləcək.
Azərbaycan dövləti "Qardaş"lara aldanıb Dünya Yəhudi Lobbisi ilə və İSRAİL Dövləti ilə 30 ilin sınağından çıxmış ETİBARLI və təmənnasız dostluqda SOYUQLAMAya yol verməməlidir.
Dünya siyasi müstəvisində Azərbaycanın mövqeyini müdafiyə edəcək ən etibarlı qüvvə Dünya Yəhudi Lobbisi və İsrail Dövlətidir. Heç kimə sirr deyil ki, artıq XXI əsirdə Dünya siyasi arenasında SÖZ SAHİBLƏRİ Yəhudi elitasıdır.
Azərbaycan hər bir probleminin həllində bu QÜVVƏdən məharətlə yararlanmaq isə siyasi bilgi və uzaqgörən siyasi gedişlər tələb edir. Azərbaycanın prezidenti İLHAM ƏLİYEVə hər tərəfli xalq dəstəyi, ən vacib isə Müasir dünya siyasi gedişlərini dərk edən İNSANlarımızın dəstəyi lazımdır. Heç vaxt "TƏK əldən səs çıxmaz!" atalar məsəlini unutmamalıyıq!
Azərbaycanın bu qədər problemlərini bir RƏHBƏR tək həll edə bilməz. Kim olur olsun bu qədər problem bir nəfərin çiyinləri üçün deyil. Bəli yalnız bir nəfər -- İlham Əliyev tək meydandadır! Hanı Azərbaycan xarici işlər naziri?, Hanı Azərbaycanın baş naziri!? Hanı Azərbaycanın müdafiyə naziri? və digərləri??... Nə səbəbdən susurlar? Nədən K.İ. M. vasitəsi ilə baş verənlərə mövqe bildirmirlər?Məgər onlar vəzifə sahibləri yox adi sıradan bir vətəndaşlardırmı? Budur bu suallarda Azərbaycanın əsas problemi!... Necə olur ki, Sosial Şəbəkələrdə sadə vətəndaşlar öz mövqelərini bildirirlər, vəzifə səlahiyyət sahibləri isə susurlar?!
Sonda isə hər dəfə olduğu kimi bu dəfə də milli kimliyindən asılı olmayaraq AZƏRBAYCANLI ADINDAN QÜRUR DUYAN İNSANLARımızı ayıq-sayıq olmağa, unutmamağa ki, ermənilər "ağıllı düşmənimizdir" və bu parazitlərə, Azərbaycanın daxili və xarici düşmənlərinə qarşı birliyə çağırıram. ""
-(İBO)- Ibrahim Həsənov


01:29 05.10.2021
Xəbər lenti
Bütün xəbərlər