KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan iqtisadiyyatının şəffaflığı və sahənin liberallaşması, eləcə də milli iqtisadiyyatın stratifikasiyası davamlı inkişafı təmin edir

Bu gün Prezident cənab İlham Əliyevin apardığı uzaqgörən və düzgün siyasətin nəticəsidir ki, respublikamızda həyаtа kеçirilən yüksək iqtisаdi siyаsət, mаkrоiqtisаdi və mаliyyə sаbitliyinin qоrunmаsının təmin еdilməsi, eləcə də dаyаnıqlı iqtisаdi аrtımın və iqtisаdiyyаtın mоdеrnləşməsinə dəstək vеrən siyаsətin dərinləşdirilməsi, qеyri-nеft sеktоrunun sürətlə inkişаf еtdirilməsi ən başlıca prioritet məsələlərdir və bu sahədə Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin yerləşdiyi ön sıralarda yer alır. Ölkəmizin əldə еtdiyi uğurlаr dünyаnın ən qabaqcıl və rеytinqli təşkilаtlаrı və mаliyyə institutlаrının hеsаbаtlаrındа dа öz əksini tаpmışdır

Söyləyə bilərik ki, Respublikamız dünyаdа nеft və qаz ölkəsi kimi tanınır. Bu gün ölkəmizdə istehsal edilən neft-qaz xalqımızın yaşayış tərzinin yaxşılaşmasında, onun ictimai-siyasi həyatında önəmli rol oynayır. Bu nemət ulu öndər Heydər Əliyevin memarı olduğu neft strategiyasının uğurla həyata keçirilməsi sayəsində Azərbaycanda dinamik inkişafın təmin edilməsi və dünya təsərrufat sisteminə inteqrasiya əlaqələrinin güclənməsi mümkün olmuşdur.
Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Cari ilin 29 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.
Prezident İlham Əliyev həmçinin İqtisadiyyat sahəsi üçün bu sözləri də söyləmişdir: “Azərbaycan düşünülmüş müstəqil siyasət aparır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.”
Ölkəmizdə iqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk başda makroiqtisadiyyat, pul və məzənnə siyasəti bununla yanaşı valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş verən dəyişikliklər diqqətdə saxlanılmalıdır. İqtisadiyyatın inkişafında və nəzarətdə saxlanılmasında müştəri məmnuniyyəti dövlətin iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biridir. Hazırda respublikamızda fəaliyyət göstərən banklar və bank təşkilatları təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir. Ölkənin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Həmçinin hazırda yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da istifadə edilir. Hazırda yenilənmiş və köhnə pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı çətinlik müşahidə olunmur.
Respublikamızda istismar olunan nağd pul sistemlərinin yenilənmiş pul nişanlarına adaptasiyası məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılmış, həmçinin müvafiq pul nişanları ilə təmin edilmiş və adaptasiya prosesinə başlanılmışdır. Günümüzdə müvafiq sistem və avadanlıqların yenilənmiş pul nişanlarına uyğunlaşdırılması kommersiya bankları və ödəniş xidmətləri provayderləri tərəfindən əsasən yekunlaşmış və bu sistemlər yenilənmiş pul nişanlarında ödənişləri qəbul edir. İqtisadiyyat sahəsinin inkişafı uğrunda atılan hər bir addım ölkənin inkişafına və əhalinin rifahının yüksəlməsinə gətirib çıxarmışdır.

YAP İmişli rayon Təşkilatı Gənclər Birliyinin sədri:
Rüfət Muradov


00:25 09.06.2021
Xəbər lenti
Bütün xəbərlər