KANAL24.AZ
Az Iw En Ru

Tarixi həqiqətlər öyrənilməli və təşviq olunmaldır

 

Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbulu zamanı bildirildi ki, Azərbaycanın müasir tarixi öyrənilməli və təbliğ olunmalıdır. Təhsil proqramlarda, orta məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalıdır.

Bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Real həqiqətləri, biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq.

Tarixin təhrif olunması böyük yanlışlıqların səbəbidir. Gənclər tarixi olduğu kimi bilməlidir. Təhrif edilmiş tarixin böyük təhlükələri var. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Ona görə, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə çalışmalıyıq.

 

Məleykə Vəliyeva,

Sabirabad rayonu Qaragüney kənd kitabxanasının müdiri

 

 

 


19:53 30.05.2021
Xəbər lenti
Bütün xəbərlər