KANAL24.AZ
Az Iw En Ru

Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir

İki qardaş ölkə kimi bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq davam edir. Bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində əməkdaşlıq sürətlə inkişaf edir.

Elə bir güclü müttəfiqlik yaradılıb ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalı və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Bu məqsədlə müxtəlif tədbirlər - gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməsi məqsədəmüvafiqdir.

Təhsil sahəsində əməkdaşlıq olduqca önəmlidir. Çünki gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün çox önəmli addımlar atılmalıdır.

Dövlətimiz tərəfindən işğaldan azad olunmuş şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli qoyulub.

Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi olub. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə tədbirlər görülməlidir.

Peşə təhsili ilə bağlı işlər davam etməkdədir və buna çox böyük ehtiyac var. Xüsusilə, azad edilmiş torpaqlarda və bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə də azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır.

 

Kəmalə Babayeva,

2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


03:52 30.05.2021
Xəbər lenti
Bütün xəbərlər