KANAL24.AZ
Az Iw En Ru

Azad etdiyimiz bütün ərazilərdə erməni vandalizminin izləri qalıb

Azərbaycanın torpaqları təcavüzə uğrayan, xalqı zülmə, həqarətə məruz qalmış dövlət olmasına baxmayaraq illərlə səbr göstərməsi və münaqişəni sülh yolu ilə həll etməyə çalışması ancaq bunun qarşılığında vasitəçilərin işğalçı dövlətə heç bir təzyiq göstərməməsi və nəticədə işğalçının get-gedə aqressivləşərək təxribatlar törətməsi sonda müharibəni qaçılmaz etdi.

Yəni belə demək olar ki, münaqişənin sülh yolu ilə həll edilə bilməməsinin ilkin səbəbi vasitəçilərin və ümumilikdə dünya ictimaiyyətinin işğalçı dövlətə lazımi təzyiq göstərməməsi və bir çox hallarda hətta Azərbaycanın öz torpaqları ilə bağlı qətiyyətli mövqeyinin tənqid edilməsi idi. Nə qədər qəribə olsa da hələ də bəzi ölkələrdə bu situasiya davam edir. İş o yerə çatıb ki, Azərbaycan öz sərhədlərində demarkasiya və delimitasiya proseslərini həyata keçirərkən belə müəyyən təzyiqlərə məruz qalır. Əlbəttə ki, bu təzyiqlər də əbəsdir. Heç bir güc Azərbaycanı öz torpaqlarından çıxara, öz yolundan döndərə bilməz. Amma yenə də bu ədalətsiz yanaşmanı anlamaq və qəbul etmək Azərbaycan dövləti və cəmiyyəti üçün çox çətindir. Daha bir məqamı da vurğulamaq istərdim ki, sərhədlərin demarkasiyası və delimitasiyası prosesləri də erməni təxribatları ilə müşahidə olundu. Əlbəttə ki, Azərbaycanın buna cavabı kifayət qədər qəti və sərt oldu.

Ölkə başçımız Ağdamda ictimaiyyət nümayəndələri ilə görüşdə bu məsələyə toxunaraq bildirdi ki, son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Onlar növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular. Bəli, daha bir dəfə erməni tərəfi üçün qaçılmaz son özünü göstərdi. Nəhayət erməni xalqı da anlamalıdır ki, bugün heç bir qüvvə Azərbaycanın və onun şanlı Ordusunun qarşısında dura bilməz. Çünki biz haqq yolundayıq, Azərbaycan Ordusu haqq yolundadır. Biz başqa dövlətlərin ərazisinə iddialı deyilik, bizə ancaq özümüzə aid olan lazımdır və nə bahasına olursa olsun Azərbaycan bunu əldə edəcək. Tam əminiklə deyə bilərik ki, erməni xalqı və ordusu  Azərbaycan Ordusunun, əsgərinin gücünə bələddir. 44 günlük müharibə sadəcə onlara deyil bütün dünyaya Ordumuzun gücünü nümayiş etdirdi. Əlbəttə ki, Azərbaycanın müharibəni qazanmasında Ordumuzun arsenalında olan müasir texnika və silah sursatın da əhəmiyyətli rolu var idi ancaq tək başına bunun kifayət etmədiyini də hamı bilir. Əgər Azəbaycanın mənəvi cəhətdən güclü ordusu, yüksək əhval-ruhiyəyə və vətən eşqinə sahib əsgər və zabitləri olmasaydı bu silah-sursat bizə heç nə qazandırmayacaqdı. Beləliklə, ölkə başçımızın dəfələrlə dediyi kimi müharibənin qazanan, bayrağı sancan,Vətən torpağı üçün sinəsini qabağa verən, canından keçən əsgər və zabitlərdir. Bugün məhz onların qəhrəmanlığı və şücaəti bizi qalib, qürurlu xalq etdi. Bundan sonra artıq Azərbaycan dövləti qalib dövlət, Azərbaycanın Ali Baş Komandanı müzəffər və Azərbaycan xalqı qürurlu xalq olaraq yaşayacaq.

Prezident İlham Əliyevin dediyi kimi müharibədən çox danışmaq olar amma biz artıq daha çox gələcəkdən danışmalıyıq. Azərbaycanın çiçəklənən, inkişaf edən gələcəyindən. Ağdamın, Şuşanın, Füzulinin, Zəngilanın gələcəyindən. Heç bir şübhəmiz yoxdur ki, artıq Azərbaycanı xalqının gələcəyi xoş günlərlə, xoş xəbərlərlə dolu olacaq. Ağdamın bərpasının təməl daşı qoyulduğu kimi digər rayonlarımızın da bərpası başlayacaq və ən qısa müddətdə həsrətini çəkdiyimiz o torpaqlarda yaşayıb yaratmağa başlayacağıq. Şuşaya “Qarabağ şikəstə”sinin xoş sədasının yayıldığı kimi, bütün Qarabağa uşaqların gülüş sədaları yayılacaq.

 

Эцлнар Щцмбятова,

Sabirabad rayonu Qaraağac kənd uşaq bağçasının müdiri

 


00:16 30.05.2021
Xəbər lenti
Bütün xəbərlər