KANAL24.AZ
Az Iw En Ru

MÜQƏDDƏS TORPAQLARDA "müqəddəslər"in TÖRƏTDİYİ BƏLALAR.

""May ayında sosial şəbəkələrdə ən müzakirə olunan məsələ Müqəddəs torpaqlarda 10 may 2021-ci ildən başlayan Fələstin-İsrayil çaxnaşmalarının təhlilidir. Heyiflər olsun ki, həmeşə olduğu kimi bu dəfə də reyal olanlar DİN mənsubiyyəti çərçivəsində təhrif olunur. Dünyada baş verən çəkişmələrin 90%-dən çoxu Din pərdəsi altında GİZLƏNMİŞ siyasi ambisiyalarına çatmaq məqsədli adamların kütlələrin beyinlərinə təsir faciyəsindəndir.


Toxunacağımız məsələlərin gedişatında oxucuların mövzuda qarşılaşacaqları Tarixi-Siyasi aydınlıq üçün ilk öncə bəzi məlumatlar verim.
FƏLƏSTIN adı ilk dəfə b.e.ə.450-ci ildən 1948-ci ilə kimi İordan çayı ilə Aralıq dənizi arasında yerləşən ərazilərin adıdır. Bu ərazilər ötən minilliklər də Kanaan, Siyon, İsrail, Suriya Fələstin, Cənubi Suriya, Cand Fələstin, Outremer, Müqəddəs Torpaqlar, Cənubi Levant adları ilə də adlandırıldığı zamanlar olub. Fələstin adını Roma imperatoru Adrian ilk olaraq yahudilərə düşmən olan Filistines qəbiləsinin adından istifadə etməklə qoyub. "Fələstin" sözü İvrit dilində "Pliştim" sözündən törəmə "Yad işğalçılar" mənasındadır.
Fələstinin ən qədim sakinləri Ərəbistan yarımadasından 4500 il əvvəl bu torpaqlara gəlmiş Kənanilər sayılır və əvvəllər Kənanilər torpağı adlanırdı. Bu günkü Fələstinlilər Kənanilərlə Palestlərin(fələstinlər) qaynıyıb-qarışmasından törəmişlər hesab edilir....
Fələstin torpaqları və ya İsrail(Merac) Peyğəmbərlər Torpağı (Əksər peyğəmbərlər burda doğulub boya-başa çatmışlar) adı ilə hər üç İudizim , Xristian, İslam dinlərində müqəddəs torpaqlar sayılır...
Yahudi millətinin yaranması, peyğənbərlərinin doğulub yaşaması və dəfin olunması və müqəddəs saydıqları Qüds və Xəlil şəhərləri bu torpaqlardadlr.
Xristiyanların İsa peyğənbəri də bu torpaqlarda doğulub yaşayıb. Xristiyanların ən müqəddəs din mərkəzləri Qüds, Beytləhm və Nasirə şəhərlərindədir.
Müsəlmanların ilk qibləsi olmuş Əl-Əqsa(Azərbaycan dilinə tərcümədə "Ən uzaqdakı məscid" mənasın verir) məscidi ALLAH adına tikilmiş ikinci məçid olmaqla İslam dinində müqəddəs sayılan üçüncü məsciddir və İsrayil-Fələstin torpağındadır.Yahudi İudizim dininə görə Yəhudilərə bu torpaqlar ALLAH tərəfindən vəd edilib, tarixləri, bu günləri və gələcəkləri bu torpaqla bağlıdır. Xristiyan dininin əsasın qoymuş İsa peyğəmbər də bu torpaqda doğulub yaşamış öz dəvətin etmişdir. İslam dininə görə Fələstin torpağı ALLAHın insanları diriltdiyi(Mənşər) və həmdə ALLAHın Qiyamət günündə insanları topladığı yer(Məhşər) hesab edilir....Bir sözlə MİN illiklər davam edən etnik-milli çəkişmələrin bünövrəsində Dini ayrıseçkiliyin durması, Dinlərin sadə insanların həyatlarına gətirdikləri bəlaların danılmaz reallıq olmasıdır...... .
TARİXİ ARAYIŞ :
1.Müsəlmanların ən əzəmətli, böyük məscidləri Səudiyyə Ərəbistanının Məkkə şəhərində, Kəbbə ətrafında olan, minarələrinin sayı 9 ədəd,hündürlüyü 89 metr, sahəsi isə 361 min kv.metr olan "Məscidül-Həram"(Hörmətli məscid) məscididir.
2.İkinci böyük məscid Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məhəmməd peyğənbər tərəfindən 622-сi ildə inşa edilən 105 metir hündürlükdə 10 ədəd minarədən ibarət, eyni zamanda 600-650 min nəfərin ibadət etməsi mümkün olan Məscüdi-Nəbəvi məscididir.
3.Üçüncü böyük məscid İsrail-Fələstin torpağında, Qüds şəhərində yerləşən Məscidül-Əl-Əqsa məscididir. Bu məscid ll Ömərin vaxtında tikilsədə dəfələrlə dağıdılıb, hətda zəlzələ nəticəsində tam dağılan məscid bu günümüzə kimi gəlib çıxmış şəkildə 1033-cü ildə Fatimilər zamanı tikilib bərpa edilib.....
I dünya müharibəsinin sonunda Böyük britaniyanın tabeçiliyində olarkən 500 minlik əhalinin yalnız 5% yahudilərə olub.
2 noyabır 1917-ci ildə "Balfur bəyannaməsi" adlı sənəd qəbul edildi və sonradan ABŞ, İtaliya və Fransa bu bəyannaməyə dəsdək oldular. Məhz bu bəyannamədə Fələstin torpaqlarında bu torpaqların ən qədim sakinləri olan YAHUDİ XALQI ÜÇÜN MİLLİ OCAQ yaradıldığı bəyan edildi.1918-ci ildən 1948-ci ilə olan müddətdə Fələstin torpaqlarında Böyük Britaniyanın işğalı dövründə bütün dünyadan buraya Yahudilərin köçüb məskunlaşması sürətləndi. Belə ki, 1918-ci ildə Fələstin əhalisinin yalnız 55 min nəfəri(8%)yahudilər olduğu halda artıq 1948-ci ildə Yahudilərin sayı 646 min nəfər(32%) idi. Bu müddətdə uzaqgörənlikləri, Elimləri, qabaqlayıcı addımları ilə bütün millətləri bir addım geridə qoyan Yahudilər 292 yaşayış məskəni salmış, "Hağana", "Arqon" və "Ştern" təşkilatların yaratmaqla 70 min nəfərlik hərbi qüvvəyə malik idilər.
29 noyabır 1947-ci ildə BMT Baş Assambleyası Fələstin torpaqlarında iki dövlətin Yəhudi və Ərəb dövlətinin yaradılması haqqında 181 saylı qərar qəbul edildi. Bu qərara əsasən Yəhudi Dövlətinə ümumi ərazinin 54%,Ərəb Dövlətinə 45% olmaqla bölünür, müqəddəs Qüds şəhəri(1%) isə beynəlxalq ərazi olmalıydı....
14 May 1948-ci ildə İsrail dövlətinin yaradılması elan edildiyi ilk günlərdən ərəb+ Fələstin və yəhudilər arasında müharibə başladı. Bu mübarizədə fələstinlilər 20.7 min. kv. km. ərazi itirdilər.
TARİXİ ARAYIŞ :
1.İsrayil dövləti ;
Ərazisi - 22.07min kv.km.,Əhalisi - 9,3 milyon nəfərdir. (Yəhudiləri - 74,1%, Ərəblər - 21%, digər millətlərdən olanlar isə 4,9% - dir). Paytaxtı Qüds(Yerusəlim) şəhəridir.Dövlət dili İvrit dilidir. Prezidenti -- 2014-cü ildən Reuver Rivlindir(9 sentiyabır 1939-cu ildə anadan olub) , Baş naziri -- 31 mart 2009-cu ildən Benyamin Netanyahudur(21 oktyabr 1949-cu ildə doğulub)
2.Fələstin dövləti;
Bu dövlət 15 noyabır 1988-ci ildə yaranıb.Paytaxtı - Qüds şəhəri, Ərazisi - 6220,Əhalisi 4,9 milyon nəfər, Dövlət dili - Ərəb dili, prezidenti - 15 yanvar 2005-ci ildən Mahmud Abbas(və ya Əbu Mazen). Mahmud Abbas 15 noyabır 1935-ci ildə anadan olub. Prezident olmaqla bərabər Fələstin Azadlıq Təşkilatı İcrayyə Komitəsinin( FATİK) sədridir.
3. QÜDS Şəhəri
İudizim, Xristian və İslam dinləri üçün ən müqəddəs şəhər, Yaxın Şərqdə, Ölü dənizlə Aralıq dənizi arasında yerləşən Qüds(və ya Yerusəlim) şəhəri Mesopotomamiyanın mixi yazılarında "Tanrının şəhəri" mənasın verən "Urusalima" göstərilir. B. e. ə. IV minillikdə yarandığı güman edilən bu şəhərin hazırda sahəsi 125,4 kv. km.-dir.Əhalisi isə 919.438 nəfərdir. Qüds şəhəri tarixi boyu iki dəfə tamamilə darma-dağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb..... .
İsrayil dövlətinin yaranmasına etiraz olaraq ərəblərin başladığı və tarixə Birinci Ərəb-İsrayil müharibəsi kimi düşmüş müharibə 12 May 1948-ci ildən 10 mart 1949-cu ilə kimi davam etmişdir. Bu müharibənin nəticəsində İsrayil öz payına düşən torpaqları əlində saxlamaqla yanaşı ərəblərin payının 60%-ni də ərazisinə qatdı. Bu müharibədə İsrayilə qarşı Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Suriya, İraq koalisiyası müharibə aparsada məğlub oldular. Çox saylı İsrayil ərəb çəkişmələrinin PİK nöqtəsi tarixə Altı Günlük Müharibə adı ilə düşən 1967-ci ilin 5 iyundan 10 iyuna kimi davam etdi.Yenidən İsrayil 4 ərəb Dövlətinə qarşı Misir, İordaniya, Suriya, İraq və Livan dövləti +FAT hərbi dəstəyinə qarşı tək başına müharibə apardı. Bu müharibədən qalib çıxan İsrayil Misir dövlətindən Sinay yarımadasını və Qəzzə bölgəsini, İordaniyada Şərqi Qüds və Qərb sahili, Suriyadan Qolan təpəsini alaraq öz ərazilərinə qatdı... Bir sözlə BMT cızdığı pay bölgü planları ərəb dövlətlərinin öz günahları ucbatından İsrayil Dövlətinə qarşı apardıqları ərazi iddiaları ucbatından ötən onilliklər ərzində İsrayil tərəfindən müharibədə qalib bir dövlət kimi tam haqlı olaraq İsrayilin ərazilərinə qatılmışdır. Bəşəriyyətin mövcudluğu müddətdə daima torpaqlar üstündə xalqlar arasında qanlı müharibələr olub. Qalib xalqlar öz ərazilərini genişləndirib, məglub xalqlar isə bu Reyallığı qəbul etmək məcburiyyətində olublar. Götürək Monqol-Tatar, Osmaniyyə, Böyük Britaniya,lllReyh, SSRİ, və s. İmperiyaları, hanı qalib xalqların böyük imperiyaları?! Belə olub, belə var, belə davam edəcək! Ərəb dövlətləri Yaxın Şərqdə yaranmış Reyallığı nə qədər tez dərk edib, İsrayil Dövlətinin Reyal Regional və hətda dünya GÜCÜ dövləti olduğunu qəbul etsələr, İsrayillə SİYASİ-İQTİSADİ-HƏRBİ əlaqələr qursalar bu Yaxın Şərqdə 75 ilə yaxın davam edən Yahudi - Ərəb qarşıdurmasına, düşmənçiliyin,qan tökülməsinə son qoyar.
Keçək 10 Maydan başlayan növbəti Ərəb-Yəhudi ixtişaşlarına.
Çox maraqlıdır ki, yenə də bu ixtişaşlarda DİNi zəminlər önə çəkilib, Real olanlar qalıb kənarda "Din qardaşlarımız!", "Müsəlman həmrəyliyi!", "İsriyilə ölüm!" və s. bu kimi siyasi gerçəkliklərdən tam uzaq kor-koranə şüarlarla hadisələrə siyasi qiymət verilir. Demək olar ki, ağına-qarasına baxmadan bütün müsəlman dövlətləri Fələstini müdafiyəyə qalxıblar. Axı niyə?,
Tək ona görə ki, Fələstinlilər müsəlmandırlar?!.
Bəs harda qaldı Müasir Sivil Dünya Siyasi Baxışı?!
Digər ölkələri qoyaq kənara elə götürək Azərbaycan Dövlətinin, hakimiyyətinin, əhalisinin bu çaxnaşmada tutduğu mövqeydən danışaq. Hər bir Azərbaycanlı dəqiq bilir ki, ll Qarabağ müharibəsində İsrayil Dövləti, Dünya Yahudi Lobbisi və İsrayil Xalqı bütün 44 gün ərzində HƏR GÜN Azərbaycanın yanında olmaqla dəstək verdilər. Məgər bu sirdirmiki dünyada güclü siyasi çəkiyə malik erməni lobbisini, Rusiya siyasi- hakimiyyət dairələrində olan minlərlə erməni əsilli "ermənigücünə" qarşı Dünya Yahudi Lobbisi mübarizə aparıb onların ll Qarabağ müharibəsinə siyasi təsirini neytirallaşdırdılar?! Məgər müharibə günlərində İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu dəfələrlə açıq-aşkar Azərbaycanı dəsdəkləmədimi?!
Məgər Azərbaycana İsrailin verdiyi müasir pilotsuz təyyarələrin ermənilərə tutduğu divanı görmədikmi?!
Məgər İsrail açıq elan etmədimiki Azərbaycanın düşməni İsrailin DÜŞMƏNİDİR?!, Məgər İsraildə yaşayan Azərbaycanlı yahudilər birnəfər kimi gecəli-gündüzlü bizlərin yanında olmaları yaddan çıxdım?!...
Nə isə bəs bizlər cavabında nə etdik?! Özlərini müsəlman elan edənlərin 70%, "azəritürkü" elan edənlərin 90% İran və Türkiyənin fitinə getməklə fələstinə dəstək oldular. O fələstinə ki, 30 il işğalda olan Azərbaycan torpaqlarını erməni əraziləri kimi qəbul edib ermənilərlə Qardaş olanlar. Fələstin liderləri erməni dövlət başçıları ilə daima Qardaş münasibətində olmaqla Azərbaycan erməni müharibəsində ermənilərə dəsdək olublar. Yalnız Azərbaycan(Azəri) millətindən olanlar bir nəfər kimi, AZƏRBAYCANLI ADINI şərəflə daşıyan (dinindən, milli kimliyindən asılı olmayaraq)insanların 90% İsrail Fələstin çaxnaşmasında İsrailin tərəfində olmaqla bir daha sübut etdilər ki, Azərbaycanın dövlət və milli maraqları heç bir fantastik "qardaşlıq" şüarlarına qurban verilməməlidir. Azərbaycanın dostları dini ayrıseçkiliyə məruz qala bilməz. Nə vaxta kimi Azərbaycan öz dövlət siyasətini "Qardaş"ların maraqları əsasında aparmalıdır, qurmalıdır?!..10 NOYABIR 2020-ci ildən etibarən Azərbaycan dünyaya sübut etdi ki, Azərbaycan adlı müstəqil dövlət və bu müstəqilliyi qorumağa qadir ŞANLI AZƏRBAYCAN ORDUSU var. Mənə elə gəlir ki, artıq vaxtı çatıb" Din qardaşlarımız", "Müsəlman həmrəyliyi", "Qardaş millətləri" və s. bu kimim cəfəngiyyatları qırağa atıb Azərbaycanın müstəqil milli maraqlarına cavab verən müstəqil Xarici və Daxili siyasət aparmasına başlamağın vaxtıdır.
Özünü Azərbaycanlı hesab edən hər bir İNSAN Azərbaycan dövlətinə, Dövlətin milli maraqlarına cavab verən GÜCƏ çevrilməlidir! Dövlət və Xalq arasında olan birliyi, həmrəyliyi heç bir hakimiyyətdə olan iqtidar və ya hakimiyyətə can atan müxalifət naminə parçalamağa yol verilməməlidir. Azərbaycan yalnız AZƏRBAYCANLl adından şərəf duyan insanların VƏTƏNİDİR. Kimlər ki, "Qardaş" axtarır buyurub getsinlər qardaşlarının, dövlətlərində, ərazilərində "at oynasınlar"!
Əminəm ki, Azərbaycanı artıq kiminsə boyunduruğuna sala biləcək qüvvə yoxdur və buna AZƏRBAYCANLIlar heç vaxt imkan verməyəcəklər! ""


- (İBO)-İbrahim Həsənov


01:27 28.05.2021
Xəbər lenti
Bütün xəbərlər