KANAL24.AZ
Az Iw En Ru

"Ermənistan öz gücünə sərhədlərini qoruya bilməz" - Erməni siyasətçi

"Ermənistan öz gücünə sərhədlərini qoruya bilməz".

TV24 Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri müxalif İşıqlı Ermənistan Partiyasının parlament fraksiyasının rəhbəri Edmon Marukyan səsləndirib. O qeyd edib ki, təcili şəkildə Sünik vilayətində (Zəngəzur əraziləri) təhlükəsizlik məsələlərini həll etmək lazımdır.

Marukyan çıxış yolu kimi Sünikdə Ermənistan ərazisində ikinci Rusiya hərbi bazasını yaratmağı təklif edib. Müxalifətçi hesab edir ki, Ermənistanın sərhədlərini qorumaq üçün başqa yolu yoxdur.

"Ermənistan öz gücünə sərhədlərini qoruya bilməz. Bunu başa düşmək lazımdır", - deyə Edmon Marukyan əlavə edib. O, təklifini məqbul sayan bütün qüvvələri müzakirələrə çağırıb.


19:31 23.12.2020
Xəbər lenti
Bütün xəbərlər