KANAL24.AZ
Az Iw En Ru

ÜST-dən yeni koronavirus ştammı barədə AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatında koronavirusun yeni variantının ölüm halına təsiri barədə heç bir sübut yoxdur.

TV24  xəbər verir ki, bunu ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç "Rossiya 24” telekanalının efirində deyib. 

O qeyd edib ki, koronavirusun yeni variantının patogenlik, ağır xəstələnmə və ölüm dərəcəsinə təsir etdiyini söyləmək üçün indi heç bir sübut, kifayət qədər məlumat yoxdur. 

Qeyd edək ki, mutasiya dekabrın ortalarında aşkar edilib. İngiltərə Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin həmişəkindən daha tez yayıldığını. Yeni növ koronavirusa Londonda yoluxanların sayı daha çoxdur. İngiltərə Baş Naziri Boris Conson bu ştammın əvvəlki növdən 70 faiz daha yoluxucu olduğunu bildirib.

20-dən çox ölkə Böyük Britaniya ilə nəqliyyat əlaqələrini dayandırmağa və ya məhdudlaşdırmağa qərar verib.

ÜST, yeni koronavirus ştammının Hollandiya və Avstraliyada aşkar edildiyini də bildirib.


03:08 22.12.2020
Xəbər lenti
Bütün xəbərlər